Bakıda günəşli hava olacaq, bəzi qərb rayonlarında yağış yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda günəşli hava olacaq, bəzi qərb rayonlarında yağış yağacaq

13:14 - 01 / 05 / 2018
Bakıda günəşli hava olacaq, bəzi qərb rayonlarında yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi may ayının 2-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 9-13, gündüz 18-23,  Bakıda gecə 10-12, gündüz 20-22 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 2-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi qərb rayonlarında  qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 8-13, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, mayın 2-4-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Babək Cahandarov

 

Paylaş:
597

Son xəbərlər

Bütün xəbərlər