Bilgah Beach oteli yeni mövsümünün açılışını elan edir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bilgah Beach oteli yeni mövsümünün açılışını elan edir – FOTO

10:00 - 01 / 05 / 2018
Bilgah Beach oteli yeni mövsümünün açılışını elan edir – FOTO

Bilgah Beach oteli may ayının 1-dən mövsümü açıq elan edir.

World Luxury Hotel Awards-dan “Ən yaxşı ailəvi çimərlik kurortu-2017” mükafatı almış Xəzər dənizinin sahilində, 300 kvadratmetr sahəsi olan çimərlik ərazisində yerləşən Bilgah Hotel, müştərilərinin hər birinin tələbinə uyğun, yüksək səviyyəli istirahət təmin edir.

Paytaxt sakinləri və qonaqları burada şəhərin səs-küylü mühitindən uzaq, ailələri, dostları və ya həmkarları ilə istirahət edə, Xəzər üfüqündə günəş qürubunun romantik mənzərəsini seyr edərək, gözəl vaxt keçirə bilərlər.

Bilgah Beach qonaqlarına bu mövsüm yeni formatda xidmət göstərəcək. Buddha Bar-da maraqlı vaxt keçirməyi – hovuz ətrafında yerləşən, artıq hər kəsi heyran etmiş Scalini restoranının italyan yeməklərini, qumlu sahildə gəzinti və ya otelin akvaparında maraqlı istirahət təklif edir. Qonaqlar eyni zamanda, ecazkar şam ağaclarının əhatəsində yerləşən Garden Cafenin sakitliyindən həzz ala, yeni günə çimərlikdə yerləşən Sunrise Cafenin geniş çeşidli yeməkləri və içkiləri ilə başlaya bilərlər.

Bilgah Beach Hotel ecazkar dəniz mənzərəsinə açılan, eyvanlı və geniş, döşəmə fransız pəncərəli müxtəlif kateqoryalı, sakit ev mühitini təmin edən, 176 lüks otaq nömrələri təklif edir. Hər bir otağın pəncərəsindən dəniz açılan möhtəşəm mənzrə otaqlarda rahat, sakit və ecazkar ab-hava yaradır. Bundan əlavə, kölgəli sahədə yerləşən, 14 ikimərtəbəli, üç otaqlı kotteclər də qonaqların ixtiyarındadır.

Hər bir kottecin birinci mərtəbəsində qaraj, teras, ikinci mərtəbələrində isə dostlarınızı qəbul etmək üçün ideal yer – geniş sahəli balkon yerləşir.

Qonaqlara geniş spektrdə xidmətlər təklif edən Bilgah Beach Spa isə otelin ecazkarlıq və təmtəraqla əsl sakitlik zonasıdır. Fitnes mərkəzinə isə Technogym trenajerləri, 20 metrlik, termal tənzimlənə bilən hovuz, açıq hovuz, tennis kortu, basketbol və voleybol meydançaları və mini futbol meydanı daxildir.

Kiçik yaşlı qonaqlarına isə otel uşaq menyusu, onlar üçün aqvaparkda xüsusi hazırlanmış sürüşmə təpəcikləri, açıq havada oyun meydançaları və hər gün səhər saatlarından axşama qədər işləyən məşhur uşaq klubunu təklif edir.

Absheron Hotel Group haqqında:

Absheron Hotel Group Azərbaycanda fəaliyyət göstərən ilk, lüks sinfə aid xidmət göstərən şirkətdir. Qrupa Boulevard Hotel Baku by Autograph Collection, Intourist Hotel Baku by Autograph Collection, Pik Palace Hotel Shahdag by Autograph Collection, Park Chalet Hotel Shahdag by Autograph Collection, Dinamo Hotel Baku, Allium Villas Resort Bodrum by Preferred Hotels & Resorts, Bilgah Beach Hotel Baku otelləri də daxildir.

İzləyin:

www.absheronhotelgroup.com

www.marriot.com

www.autographcollection.com

Reklam hüququnda

Paylaş:
1825

Son xəbərlər

Bütün xəbərlər