BANM-da AXC-nin 100 illiyinə həsr olunmuş sərgi keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM-da AXC-nin 100 illiyinə həsr olunmuş sərgi keçirilib

10:44 - 01 / 05 / 2018
BANM-da AXC-nin 100 illiyinə həsr olunmuş sərgi keçirilib

Bakı Ali Neft Məktəbi (BANM) Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə BANM-da Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş sərgi keçirilib.

1news.az-a BANM-dan verilən məlumata görə,  sərgidə 2012-ci ildən Azərbaycan Xalq Cümhuriyyəti və mühacirət tarixi ilə bağlı materiallar toplayan kolleksiyaçı və jurnalist Dilqəm Əhməd iştirak edib.

İştirakçıları ilk öncə, tədbirin  həyata keçməsində böyük əməyi olan BANM THİK-ın 1ci kurs Kimya mühəndisliyi fakültəsinin sədri Rəşad Əhmədov salamlayıb, tədbir haqqında məlumat verib.

Cümhuriyyətimizin, onun fədailərinin əşyalarını, məktubları, bir sözlər tariximizi bir yerə yığaraq kolleksiya formalaşdıran, həmçinin onları publisist yöndən araşdıran, cəmiyyətə, gələcək nəsillərə ötürməklə məşğul olan Dilqəm Əhməd tədbirin başlanğıcında geniş prezentasiya ilə BANM-ın tələbələri qarşısında çıxış edib. O öz təqdimatında Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşovun, Camo bəy Hacınski, Səməd bəy Mehmandarovun, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə kimi görkəmli şəxsiyyətlər barəsində məlumat verərək, onların şəkilləri, məktubları, Azərbaycan tarixində rolu, baş vermiş hadisələr və onların xatirəsi ilə bağlı əhvalatlar haqqında tələbələrə geniş məlumat verib. Azərbaycan Xalq Cümhuriyyəti tarixinin vurğunu olan kolleksiyaçı,  Cümhuriyyət siyasilərinin ailə üzvləri ilə olan şəkilləri, həmin dövrə aid, məhv olmaqdan qurtarılmış sənəd və şəkillər haqqında öz bildiklərini tədbir iştirakçıları ilə paylaşıb.

Daha sonra BANM-ın tələbələri Azərbaycan Xalq Cümhuriyyəti tarixi ilə bağlı onları maraqlandıran sualları ünvanlayıblar.

Təqdimat bitdikdən sonra BANM-ın tələbələri Dilqəm Əhmədin alti ildən çoxdur ki topladığı, Azərbaycan Xalq Cümhuriyyəti dövrünə səyahət etdirən kolleksiyası, bu kolleksiyadan fotoşəkillər, məhv olma riskilə üzləşmiş tarixi sənədlərlə tanış olublar. Kolleksiyaçı sərgi boyu tələbələrə hər bir şəkil və sənəd haqqında maraqlı məlumatlar verib.

Qeyd edək ki, Dilqəm Əhməd həmçinin Azərbaycan Xalq Cümhuriyyəti dövrünə dair bilgiləri özündə birləşdirən, böyük uğur qazanmış “Fərqlilər” və “Mühacirlərin dönüşü” kimi kitabların müəllifidir.

1news.az

 

 

Paylaş:
722

Son xəbərlər

Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıb01 / 05 / 2024, 17:49Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunub01 / 05 / 2024, 17:46Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıb01 / 05 / 2024, 17:44Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcək01 / 05 / 2024, 17:34Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb01 / 05 / 2024, 17:28İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 201 / 05 / 2024, 17:17Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - VİDEO01 / 05 / 2024, 16:49Dağlıq ərazilərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA01 / 05 / 2024, 16:48COP29-un rəsmi saytı istifadəyə verilib01 / 05 / 2024, 16:47Motosikletlə dünya səyahətinə çıxan baykerlər Bakı Limanına çatıb01 / 05 / 2024, 16:39Azərbaycan Prezidenti KAICIID-in Baş katibini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 16:36İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib01 / 05 / 2024, 16:35Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib01 / 05 / 2024, 16:20İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:47Kəlbəcərdə yük maşını aşıb, Türkiyə vətəndaşı ölüb01 / 05 / 2024, 15:37Prezident: Azad edilən ərazilərdə yeni məscidlər inşa edilir, dağıdılanların isə bərpa olunur01 / 05 / 2024, 15:35Prezident Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:33Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:21Qaradağda neft məhsulları tullantıları olan quyudan meyit tapılıb01 / 05 / 2024, 15:10Prezident ipoteka haqqında qanunu təsdiqlədi01 / 05 / 2024, 14:57
Bütün xəbərlər