Keçmiş arvadını başqa kişi ilə görən ər dəhşət saçdı – TƏFƏRRÜAT

Bakıda dəhşətli qətl hadisəsi törədilib.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə bu gün saat 10:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində, “Şərq” bazarı yaxınlığında qeydə alınıb.
Belə ki, Rəşad İbrahimov adlı şəxs keçmiş həyat yoldaşı Zəhra İbrahimova və onun yanında olan Emin Əliyevi bıçaqlayıb.
Nəticədə Z.İbrahimova ölüb, E.Əliyev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.
Faktla bağlı Nərimanov rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
1news.az
501