Ümumordu iməciliyi keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Ümumordu iməciliyi keçiriləcək

17:49 - 02 / 05 / 2018
Ümumordu iməciliyi keçiriləcək

Mayın 5-də Əlahiddə Ümumqoşun Ordusunda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ərazilərində ümumordu iməciliyi təşkil olunacaq.

1news.az-ın məlumatına görə, iməcilik müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci və faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə keçiriləcək.

Ekoloji mühitin sağlamlaşdırılması və ərazinin abadlaşdırılması məqsədilə təşkil olunacaq iməcilik vaxtı hərbi şəhərciklərdə, eləcə də hərbi hissələr, inzibati, xidməti bina və obyektlərin ətrafında müxtəlif növ ağaclar, gül kolları əkiləcək və yaşıllıq zolaqları salınacaq.

Həmçinin, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün general və sərkərdələrinin, Azərbaycanın Milli Qəhrəmanlarının abidələri və məzarları yerləşən ərazilərdə də abadlıq işləri aparılacaq.

1news.az

Paylaş:
326

Son xəbərlər

Bütün xəbərlər