İkinci Dünya müharibəsi iştirakçıları və digər müvafiq şəxslərə birdəfəlik maddi yardımın maliyyələşdirməsi başa çatdırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İkinci Dünya müharibəsi iştirakçıları və digər müvafiq şəxslərə birdəfəlik maddi yardımın maliyyələşdirməsi başa çatdırılıb

17:34 - 03 / 05 / 2018
İkinci Dünya müharibəsi iştirakçıları və digər müvafiq şəxslərə birdəfəlik maddi yardımın maliyyələşdirməsi başa çatdırılıb

İkinci Dünya müharibəsi iştirakçıları və digər müvafiq şəxslərin birdəfəlik maddi yardımla təmin olunması üçün maliyyələşdirmə işləri başa çatdırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) 1news.az-a verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2018-ci il tarixli Sərəncamının icrası olaraq ƏƏSMN 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarının və Sərəncamda nəzərdə tutulan digər müvafiq şəxslərin birdəfəlik maddi yardımlarla təmin edilməsi üçün maliyyələşdirmə işlərini artıq tam başa çatdırıb.

Sərəncam ümumilikdə 10 962 nəfər şəxsə şamil olunub. Onlardan 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçıları olan 541 nəfərin hər birinə 1000 (min) manat məbləğində birdəfəlik maddi yardım ödənilib.

Qalan 10 421 nəfər isə İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarıdır. Onların da hər biri 500 (beş yüz) manat məbləğində birdəfəlik maddi yardımla təmin olunub.

Birdəfəlik maddi yardımların tam şəffaf şəkildə ödənişi həyata keçirilib və bu yardımlar avtomatlaşdırılmış qaydada həmin insanların pensiya üzrə plastik kart hesablarına köçürülüb.

Xatırladaq ki, qeyd olunan şəxslərə birdəfəlik maddi yardım verilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 5,9 milyon (beş milyon doqquz yüz min) manat vəsait ayrılıb.

1news.az

Paylaş:
432

Son xəbərlər

“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıb27 / 09 / 2024, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədir27 / 09 / 2024, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər27 / 09 / 2024, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcək27 / 09 / 2024, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB27 / 09 / 2024, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldı27 / 09 / 2024, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edib27 / 09 / 2024, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilib27 / 09 / 2024, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır27 / 09 / 2024, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİB27 / 09 / 2024, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilib27 / 09 / 2024, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandı27 / 09 / 2024, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edib27 / 09 / 2024, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıb27 / 09 / 2024, 13:01
Bütün xəbərlər