DGK-nın iki rəhbər şəxsi sərəncama götürülüb | 1news.az | Xəbərlər
İqtisadiyyat

DGK-nın iki rəhbər şəxsi sərəncama götürülüb

19:32 - 03 / 05 / 2018
DGK-nın iki rəhbər şəxsi sərəncama götürülüb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev və Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev təşkilati - ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncama götürülüblər.

Dövlət Gömrük KomitəsiMətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, Dövlət Gömrük Komitəsi sədri Səfər Mehdiyev bununla bağlı müvafiq əmri imzalayıb.

Qeyd edək ki, ötən gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev mətbuata verdiyi açıqlamada gömrük orqanlarında ciddi islahatların aparılacağını qeyd edib ki, verilən son əmrlər də həmin islahatların tərkib hissəsidir.

1news.az

Paylaş:
684

Son xəbərlər

Bütün xəbərlər