Sədr: Gömrük Komitəsində kadr islahatları şəffaflıq tam təmin olunanadək davam edəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Sədr: Gömrük Komitəsində kadr islahatları şəffaflıq tam təmin olunanadək davam edəcək

13:07 - 04 / 05 / 2018
Sədr: Gömrük Komitəsində kadr islahatları şəffaflıq tam təmin olunanadək davam edəcək

Dövlət Gömrük Komitəsində (DGK) kadr islahatları gömrük orqanlarında şəffaflıq tam təmin olunanadək davam etdiriləcək.

1news.az xəbər verir ki, bunu DGK-nin sədri Səfər Mehdiyev deyib. Onun sözlərinə görə, ki, kadr islahatları o demək deyil ki, əməkdaşların işində ciddi pozuntular qeydə alınıb.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsində (DGK) kadr dəyişiklikləri olub. Belə ki, Balakən Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Vüqar Qismətov Dövlət Gömrük Komitəsi sədri Səfər Mehdiyevin müvafiq əmrinə əsasən təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncama götürülüb. S. Mehdiyevin imzaladığı digər əmrlə İsa Quliyev Balakən Gömrük İdarəsinin rəisi təyin edilib. İ.Quliyev bundan əvvəl də DGK-də çalışıb.

Bundan başqa, Tovuz Gömrük İdarəsinin rəisi Mehman Sadıqov vəzifəsindən azad edilib. Bu vəzifəyə Kənan Məmmədov təyinat alıb. Tovuz Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilən Mehman Sadıqova isə Şirvan Gömrük İdarəsinin rəisi vəzifəsi həvalə olunub. Şirvan Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov isə Xaçmaz Gömrük İdarəsində eyni vəzifəyə gətirilib.

Kadr dəyişikliklərinin rotasiya qaydasına uyğun olaraq islahatların tərkib hissəsi olduğu bildirilir.

1news.az

Paylaş:
1048

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər