DİM-də növbəti SAT imtahanı keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

DİM-də növbəti SAT imtahanı keçiriləcək

09:47 - 04 / 05 / 2018
DİM-də növbəti SAT imtahanı keçiriləcək

Mayın 5-də Dövlət İmtahan Mərkəzində növbəti SAT imtahanı keçiriləcək.

DİM-dən 1news.az-a verilən məlumata görə, imtahanda iştirak edəcək şəxslər saat 07:45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar.

İmtahan saat 08:30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayacaq.

İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz).

Qeyd edək ki, SAT (Scholastic Aptitude / Assessment Test) imtahanı Amerikada bakalavr təhsili almaq istəyənlər üçündür. Hazırda isə azərbaycanlı gənclər SAT imtahanı vasitəsilə Türkiyənin prestijli universitetlərinə də qəbul ola bilərlər.

1news.az

 

Paylaş:
515

Son xəbərlər

Bütün xəbərlər