Ziya Bünyadov prospektində hərəkət məhdudlaşdırılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Ziya Bünyadov prospektində hərəkət məhdudlaşdırılır

12:04 - 04 / 05 / 2018
Ziya Bünyadov prospektində hərəkət məhdudlaşdırılır

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Ziya Bünyadov prospektinin “20 Yanvar” dairəsindən “Çermet” körpüsünə qədər olan hissəsində (Koroğlu metrosu istiqamətində) üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar mayın 4-dən həmin ərazidə axşam saat 22:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq.

Bu barədə 1news.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat veriblər.

Məlumata görə, tam məhdudlaşdırma prospektin həmin hissələrində olan tunellərdə tətbiq olunacaq və hərəkət yan yollara istiqamətləndirilərək təmin ediləcək. Prospektin digər hissələrində isə məhdudlaşdırma qismən tətbiq olunacaq (Yol bağlı olmayacaq). Məhdudlaşma səhər saatlarınadək qüvvədə qalacaq.

Sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

1news.az

Paylaş:
608

Son xəbərlər

Bütün xəbərlər