Deputatların, Ombudsmanın və hakimlərin maaşı artırıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputatların, Ombudsmanın və hakimlərin maaşı artırıldı

12:19 - 04 / 05 / 2018
Deputatların, Ombudsmanın və hakimlərin maaşı artırıldı

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında” qanunlara dəyişikliklər müzakirəyə çıxarılıb.

1news.az  xəbər verir ki, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Layihəyə görə, deputatların, Ombudsmanın və hakimlərin əməkhaqları 10 faiz artırılır.

Layihə səsə qoyularaq qəbul olunub.

1news.az

Paylaş:
509

Son xəbərlər

Bütün xəbərlər