Sabirabadda traktor aşıb, tarlaya işləməyə gedən 5 qadın ölüb – YENİLƏNİB

Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Şəhriyar kəndində qeydə alınıb.
Belə ki, traktorun qoşqusunun aşaraq su kollektoruna aşması nəticəsində 5 nəfərin boğularaq ölüb, daha bir neçə nəfər isə xəsarət alıb. Ölənlərdən 3-nün bir ailənin üzvü olduğu deyilir.
İlkin ehtimala görə, ölənlərin hamısı pambıq tarlasında işləməyə gedən qadındır.
Traktoru idarə edən Şəhriyar qəsəbə sakini Əjdər İmanov ailə üzvlərini və yaxın qohumlarını tarlaya işləməyə aparırmış.
09:56
Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Şəhriyar kəndində traktorun qoşqusunun aşması nəticəsində 6 nəfərin öldüyü bildirilir. Daha bir neçə nəfər xəsarət alıb.
İlkin ehtimala görə, ölənlərin hamısı pambıq tarlasında işləməyə gedən qadındır.
1news.az