Amerika Konqressi ƏSA Teatrını mükafatlandırıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Amerika Konqressi ƏSA Teatrını mükafatlandırıb – FOTO

14:15 - 09 / 05 / 2018
Amerika Konqressi ƏSA Teatrını mükafatlandırıb – FOTO

Azərbaycanın əlilliyi olan və olmayan aktyorlardan ibarət ilk inklüziv ƏSA Teatrı hazırda ABŞ-da ölkəmizi təmsil edir.

1news.az-ın verdiyi xəbərə görə, ötən gün ƏSA Teatrının rəhbəri, rejissor Nihad Qulamzadə Amerika Konqresinin üzvü Mark Amodei tərəfindən “Konqres Mükafatı”na layiq görülüb.

Teatrın baş meneceri Nicat Qulamın verdiyi məlumata görə, böyük nüfuza malik olan mükafat ƏSA Teatrına “Open World” proqramında iştirak etdiyinə görə verilib.

Xatırladaq ki, teatrın təsisçisi və rəhbəri Nihad Qulamzadə ABŞ-ın təşkil etdiyi Açıq Dünya Proqramı çərçivəsində mayın 2-dən 12-dək “Əlilliyin müdafiəsi, islahatlar və mədəniyyət” mövzusunda təşkil olunacaq beynəlxalq layihədə iştirak edir. Sabah ƏSA Teatrının həyata keçirəcəyi irimiqyaslı layihə amerikalı investorlara təqdim olunacaq.

ƏSA Teatrı ABŞ-da Azərbaycanı təmsil edəcək

S.Xankişiyeva

Paylaş:
376

Son xəbərlər

Qaxda zəlzələ olub

Bu gün, 09:31
Bütün xəbərlər