MİDA-da şikayətlərlə bağlı komissiya yaradılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

MİDA-da şikayətlərlə bağlı komissiya yaradılıb

14:10 - 10 / 05 / 2018
MİDA-da şikayətlərlə bağlı komissiya yaradılıb

Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) satışa çıxardığı mənzillərlə bağlı yaranmış narazılıqları aradan qaldırmaq üçün qurumda xüsusi komissiya yaradılıb.

1news.az-ın Oxu.Az-a istinadla verdiyi xəbərə görə, komissiya şikayətləri araşdıraraq 10 gün ərzində vətəndaşlara cavab verəcək.

Bildirək ki, mayın 7-də Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında inşa etdiyi Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 saylı binalarında mənzillərin satışına başlanılıb. Elə həmin gün sosial ev almaq istəyənlər satışın həyata keçirildiyi e-gov.az saytına daxil olmaqda ciddi çətinliklə üzləşiblər. Təxminən 1 saat ərzində Yasamal Yaşayış Kompleksindən olan 260 mənzilin satıldığı məlum olub.

“Güzəştli mənzil” elektron sistemi vasitəsilə 8000-dən çox vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənsə də sistemdə 40 min nəfər olub.

S.Xankişiyeva

Paylaş:
388

Son xəbərlər

Bütün xəbərlər