Meksika səfirliyi "İmagine Euro Tolerance" Festivalında iştirak edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Meksika səfirliyi "İmagine Euro Tolerance" Festivalında iştirak edir

17:36 - 10 / 05 / 2018
Meksika səfirliyi "İmagine Euro Tolerance" Festivalında iştirak edir

Meksika Səfirliyi ikinci "İmagine Euro Tolerance" Festivalında iştirak edir.

1news.az-a bu barədə Meksikanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumatda deyilir ki, mayın 10-da saat 20:30-da Yarat Müasir İncəsənət Mərkəzində səfirlik  “Mənim daxildəki həyatım" adlı sənədli film nümayiş etdirir.

Bu sənədli filmdə 1999-cu ildə, 17 yaşındakı, Austinə (Texas), sənədləri olmadan köç edən Roza adlı meksikalı bir qadın haqqında danışılır.  2003-cü ilin yanvar ayında o, qətl şübhəsiylə həbs edilir və 2005-ci ilin avqustunda mühakimə olunur. Məhkəmə, hökm, ailədən ayrılması, iqtidarsızlıq, xarici ölkədə həbsxanada qalma ilə "Mənim daxildəki həyatım" ABŞ-da Meksikalı miqrantların həyat reallığını əks etdirir.

Amerika Birləşmiş Ştatlarının hüquqi mövzulardan başqa, ayrı-seçkilik və önyarğı elementləri, şübhəsiz ki, məhkəmə prosesinə təsir etmişdir.

Biz Meksikada əminik ki, ayrı-seçkiliyin aradan qaldırılması üçün tolerantlıq, inteqrasiya, birlik və müxtəlifliyə hörmət mədəniyyətini inkişaf etdirmək lazımdır və bu səbəbdən səfirliyinin yuxarıda qeyd olunan Festivalda iştirakı mühüm rol oynayır.

Hər hansı bir xarakterli ayrı-seçkilik olmadan insan hüquqlarının hörmət və təmin olunması Meksika dövləti üçün mütləqdir. Bu səbəbdən, Meksika Milli Federalizm və Bələdiyyə İnkişafı İnstitutu Ayrı-seçkiliyin Qarşısının alınması üzrə Milli Şurası ilə birgə bu gün mövcud olan bərabərsizliyin azaldılmasının yollarını axtarır.

P.Sultanova

 

Paylaş:
412

Son xəbərlər

Bütün xəbərlər