“ASAN ödəniş” terminalları may ayında xidmət göstərməyəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

“ASAN ödəniş” terminalları may ayında xidmət göstərməyəcək

20:56 - 10 / 05 / 2018
“ASAN ödəniş” terminalları may ayında xidmət göstərməyəcək

“ASAN xidmət” mərkəzlərində və ictimai yerlərdə quraşdırılmış “ASAN ödəniş” terminalları funksional imkanlarının genişləndirilməsi və profilaktik tədbirlərlə əlaqədar may ayı ərzində xidmət göstərməyəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən 1news.az-a bildiriblər ki, vətəndaşlar qeyd olunan müddət ərzində öz ödənişlərini www.asanpay.az və “ASAN ödəniş” sisteminə qoşulmuş ödəniş portalları üzərindən həyata keçirə bilərlər.

Qeyd edək ki, hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti və 5 publik hüquqi şəxs olmaqla 114 dövlət qurumunun inzibati cərimələrinin elektron qaydada ödənilməsi “ASAN ödəniş” sistemi vasitəsi ilə təmin edilir.

1news.az

Paylaş:
303

Son xəbərlər

Bütün xəbərlər