Bakıda çiskin olacaq, bəzi rayonlarda leysan xarakterli yağış yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda çiskin olacaq, bəzi rayonlarda leysan xarakterli yağış yağacaq

13:02 - 10 / 05 / 2018
Bakıda çiskin olacaq, bəzi rayonlarda leysan xarakterli yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi may ayının 11-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-18, gündüz 21-26,  Bakıda gecə 16-18, gündüz 24-26 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 754 civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mayın 11-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 13-14 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı gözlənilir. Şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 17-18 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 11-də şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 13-18, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, mayın 11-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Babək Cahandarov

 

Paylaş:
385

Son xəbərlər

Bu gün Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcəkBu gün, 09:43AMB bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Ötən ay KTM-ə zəhərlənmə şübhəsilə 118 nəfər daxil olubBu gün, 09:27Küləkli hava sabah axşamadək davam edəcək - FAKTİKİ HAVABu gün, 09:10Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni peyvənd əlavə olunubBu gün, 09:08Bu gün Yasamalda qaz olmayacaqBu gün, 08:59Bakının bir sıra yollarında tıxac müşahidə olunur - SİYAHIBu gün, 08:57Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıb01 / 05 / 2024, 17:49Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunub01 / 05 / 2024, 17:46Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıb01 / 05 / 2024, 17:44Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcək01 / 05 / 2024, 17:34Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb01 / 05 / 2024, 17:28İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 201 / 05 / 2024, 17:17Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - VİDEO01 / 05 / 2024, 16:49Dağlıq ərazilərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA01 / 05 / 2024, 16:48COP29-un rəsmi saytı istifadəyə verilib01 / 05 / 2024, 16:47Motosikletlə dünya səyahətinə çıxan baykerlər Bakı Limanına çatıb01 / 05 / 2024, 16:39Azərbaycan Prezidenti KAICIID-in Baş katibini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 16:36İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib01 / 05 / 2024, 16:35Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib01 / 05 / 2024, 16:20
Bütün xəbərlər