“Şahin” hərbi-idman oyunlarının final mərhələsi keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Şahin” hərbi-idman oyunlarının final mərhələsi keçirilib

13:54 - 11 / 05 / 2018
“Şahin” hərbi-idman oyunlarının final mərhələsi keçirilib

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə respublika məktəbliləri arasında “Şahin” hərbi-idman oyunlarının final mərhələsi keçirilib.

1news.az-ın məlumatına görə, finalda iştirak edən komandalar sıra meydanında yerlərini tutduqdan sonra yarış açıq elan edilib. Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra mərasim iştirakçıları Azərbaycan Respublikasının Dövlət himnini ifa ediblər.

Açılış mərasimində çıxış edən C.Naxçıvanski adına Hərbi Liseyin zabiti polkovnik Qadir Vəlişov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Təhsil nazirinin müavini Firudin Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə müdiri polkovnik Rasim Şirinov, Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov və başqaları “Şahin”lərə gərgin mübarizədə uğurlar diləyiblər.

Rəsmi mərasimdən sonra məktəblilər C.Naxçıvanski adına Hərbi Liseyin hərbi orkestrinin ifa etdiyi hərbi marşların sədaları altında təntənəli marşla tribuna önündən keçiblər.

Sonra komandalar sıra hazırlığı, avtomatın sökülüb-yığılması, patron darağının doldurulub-boşaldılması, tüfəngdən hədəfə atəş açılması, kəndir vasitəsilə təhlükəli zolağın dəf edilməsi, kəndirin köməkliyi ilə hündürlüyə dırmanma və enmə, çadırın qurulması, minalanmış sahəyə qumbara atılması, yaralının təxliyə edilməsi və digər tapşırıqları yerinə yetiriblər.

Yarışların nəticələrinə əsasən “Şahin” hərbi-idman oyunlarının final mərhələsinin qalibi adını Sumqayıt şəhərinin komandası qazanıb. İkinci yerə Yasamal, üçüncü yerə isə Quba rayonunun komandaları yüksəliblər.

Sonda yarış iştirakçılarının mükafatlandırılması mərasimi keçirilib.

1news.az

Paylaş:
397

Son xəbərlər

“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıb27 / 09 / 2024, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədir27 / 09 / 2024, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər27 / 09 / 2024, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcək27 / 09 / 2024, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB27 / 09 / 2024, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldı27 / 09 / 2024, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edib27 / 09 / 2024, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilib27 / 09 / 2024, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır27 / 09 / 2024, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİB27 / 09 / 2024, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilib27 / 09 / 2024, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandı27 / 09 / 2024, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edib27 / 09 / 2024, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıb27 / 09 / 2024, 13:01
Bütün xəbərlər