Bakıda söküntü ərazisində faciə baş verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda söküntü ərazisində faciə baş verib

14:52 - 11 / 05 / 2018
Bakıda söküntü ərazisində faciə baş verib

Bakıda söküntü sahəsində faciə baş verib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində, köhnə binaların söküntüsü ilə məşğul olan “Mənzərə” MMC-nin söküntü sahəsində baş verib.

Ərazidə söküntü aparan şirkətin əməkdaşı, Masallı rayon sakini, 1969-cu il təvəllüdlü Abiyev Rafiq Abduləhəd oğlu traktorun altında qalaraq ölüb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

S.Xankişiyeva

 

Paylaş:
415

Son xəbərlər

Bütün xəbərlər