“Rolls-Royce” dünyanın ən bahalı krossoverini hazırladı – FOTO – VİDEO
Britaniyanın “Rolls-Royce” avtomobil konserini “Rolls-Royce Cullinan” adlı yeni krossover hazırlayıb.
1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, krossoverin uzunluğu 5341, eni 2164 mm, yüksəkliyi 1835 mm, təkər bazası - 3295 mm, təkər disklərinin diametri 22 düym, çəkisi isə 2660 kiloqramdır.
Model iki versiyadadır. “Magma Red” rəngli variantda salon 5 yerli, “Darkest Tungsten” variantında isə 4 yerlidir.
Maşında multimedia ssistemi tonneldəki kontroller vasitəsilə idarə olunur. “The Glasp” adlı arxa qapı aşağı və yuxarı hissələrdən ibarətdir. Yük yerinin döşəməsi elektrik mühərriki vasitəsilə tənzimlənir. Modelin ikiqat turbopüskürməli V12 6.75 mühərriki 571 at gücündədir.
Şirkətin rəhbəri Torsten Müller-Otvsoun dediyinə görə, bu krossover müştərilərin xahişi ilə hazırlanıb:
“Dəbdəbə artıq şəhər konsepsiyası deyil. Müştərilərimiz xüsusi səylər və güzəştlər tələb etməyən dəbdəbə əldə etməyə can atır, ən mürəkkəb landşaftda da rahat olmalarını istəyirlər”.
1news.az