Binədə qeyri-qanuni fəaliyyət göstərən məscid tipli ibadət yeri aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Binədə qeyri-qanuni fəaliyyət göstərən məscid tipli ibadət yeri aşkarlanıb

17:48 - 11 / 05 / 2018
Binədə qeyri-qanuni fəaliyyət göstərən məscid tipli ibadət yeri aşkarlanıb

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Xəzər Rayon İcra Hakimiyyəti əməkdaşlarının birgə iştirakı ilə dini qurumların fəaliyyət qaydasının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən qeyri-qanuni məscid tipli ibadət yerinə baxış keçirilib.

1news.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, baxış əsnasında həmin ərazidə qanunazidd qaydada dini yığıncaqların, digər dini mərasimlərin təşkili və keçirilməsi, eləcə də, “Dini etiqad azadlığı haqqında” qanununmüvafiq maddələrinin pozulduğu aşkar edilib.

Bununla bağlı qeyd edilən ünvanda qeyri-qanuni olaraq dini ayin icra edən Binyətov Gülverdi Allahverdi oğlu barəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilib.

S.Xankişiyeva

 

Paylaş:
381

Son xəbərlər

Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıbBu gün, 17:49Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunubBu gün, 17:46Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıbBu gün, 17:44Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcəkBu gün, 17:34Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıbBu gün, 17:28İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 2Bu gün, 17:17Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - VİDEOBu gün, 16:49Dağlıq ərazilərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVABu gün, 16:48COP29-un rəsmi saytı istifadəyə verilibBu gün, 16:47Motosikletlə dünya səyahətinə çıxan baykerlər Bakı Limanına çatıbBu gün, 16:39Azərbaycan Prezidenti KAICIID-in Baş katibini qəbul edib - YENİLƏNİBBu gün, 16:36İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edibBu gün, 16:35Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilibBu gün, 16:20İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİBBu gün, 15:47Kəlbəcərdə yük maşını aşıb, Türkiyə vətəndaşı ölübBu gün, 15:37Prezident: Azad edilən ərazilərdə yeni məscidlər inşa edilir, dağıdılanların isə bərpa olunurBu gün, 15:35Prezident Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib - YENİLƏNİBBu gün, 15:33Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib - YENİLƏNİBBu gün, 15:21Qaradağda neft məhsulları tullantıları olan quyudan meyit tapılıbBu gün, 15:10Prezident ipoteka haqqında qanunu təsdiqlədiBu gün, 14:57
Bütün xəbərlər