Qəzalı binalarda məskunlaşmış məcburi köçkünlərlə görüş keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəzalı binalarda məskunlaşmış məcburi köçkünlərlə görüş keçirilib - FOTO

22:52 - 11 / 05 / 2018
Qəzalı binalarda məskunlaşmış məcburi köçkünlərlə görüş keçirilib - FOTO

Mayın 11-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakının Xətai, Binəqədi və Nərimanov rayonlarında bir neçə yataqxanada və inzibati binada məskunlaşan məcburi köçkünlərlə görüşüb.

Dövlət Komitəsindən 1news.az-a bildiriblər ki, R.Rzayev məcburi köçkünlərin yaşadıqları yerlərə baş çəkib, onların problemləri ilə yerində tanış olub.

Prezident İlham Əliyevin hər zaman qaçqın və məcburi köçkünləri diqqətdə saxladığını vurğulayan Dövlət Komitəsinin sədri qeyd edib ki, onların həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində dövlət başçısı tərəfindən davamlı olaraq böyük işlər görülür. O, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən məcburi köçkünlər üçün müasir tipli binaların tikildiyini, yaxın zamanlarda qəzalı binalarda məskunlaşan məcburi köçkünlərin problemlərinin həlli istiqamətində addımlar atılacağını diqqətə çatdırıb. Bildirib ki, öncə qəzalı binalarda, ağır şəraitdə yaşayan məcburi köçkünlərin problemləri mərhələli şəkildə həll ediləcək.

R.Rzayev digər rayonlarda da məcburi köçkünlərlə bu cür görüşlərin keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

Görüşdə Dövlət Komitəsinin sədr müavinləri, Nərimanov, Binəqədi və Xətai Rayon İcra hakimiyyətlərinin nümayəndələri iştirak ediblər.

1news.az

Paylaş:
388

Son xəbərlər

Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıbBu gün, 17:49Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunubBu gün, 17:46Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıbBu gün, 17:44Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcəkBu gün, 17:34Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıbBu gün, 17:28İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 2Bu gün, 17:17Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - VİDEOBu gün, 16:49Dağlıq ərazilərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVABu gün, 16:48COP29-un rəsmi saytı istifadəyə verilibBu gün, 16:47Motosikletlə dünya səyahətinə çıxan baykerlər Bakı Limanına çatıbBu gün, 16:39Azərbaycan Prezidenti KAICIID-in Baş katibini qəbul edib - YENİLƏNİBBu gün, 16:36İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edibBu gün, 16:35Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilibBu gün, 16:20İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİBBu gün, 15:47Kəlbəcərdə yük maşını aşıb, Türkiyə vətəndaşı ölübBu gün, 15:37Prezident: Azad edilən ərazilərdə yeni məscidlər inşa edilir, dağıdılanların isə bərpa olunurBu gün, 15:35Prezident Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib - YENİLƏNİBBu gün, 15:33Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib - YENİLƏNİBBu gün, 15:21Qaradağda neft məhsulları tullantıları olan quyudan meyit tapılıbBu gün, 15:10Prezident ipoteka haqqında qanunu təsdiqlədiBu gün, 14:57
Bütün xəbərlər