Bank Respublika internat məktəbinin şagirdlərini sevindirdi - FOTO
Sosial məsuliyyət siyasəti çərçivəsində faydalı layihələr reallaşdıran Bank Respublika bu dəfə “Cümhuriyyətin yaranmasının 100-cü ildönümü” münasibətilə yeni bir aksiya həyata keçirib.
Bank, Sumqayıtda yerləşən general M.Əsədov adına İnteqrasiya təlimli internat tipli gimnaziyasında təhsil alan valideyn himayəsindən məhrum olmuş, həmçinin, aztəminatlı ailələrdən olan uşaqların Cümhuriyyət dövrü haqqında ətraflı məlumat almaq istəyini nəzərə alaraq, onlar üçün maraqlı və maarifləndirici ekskursiya təşkil edib.
Ekskursiya zamanı uşaqlar Fəxri Xiyaban, Şəhidlər Xiyabanı, Azərbaycan Xalq Cümhuriyyətinin Bakıda ilk parlamentinin yerləşdiyi bina, İstiqlal bəyannaməsi abidəsi, İçəri şəhər, Qız qalası vəTarix muzeyini ziyarət ediblər.
Uşaqlar Cümhuriyyət dövrü və tariximizlə bağlı geniş məlumatlar toplayıblar, xalqımızın bugünədək tarixini əks etdirən müxtəlif maddi mənbələr, eksponatlar və digər zəngin kolleksiyalar ilə tanış olublar.
Maraqlı ekskusiya Bank Respublikanın baş ofisi qarşısında yekunlaşıb. Burada şagirdlərə qiymətli hədiyyələr təqdim edilib və bankın əməkdaşları ilə birgə kollektiv xatirə fotoşəkili çəkdirilib.
Layihənin həyata keçirilməsində əsas məqsəd şagirdlərin Respublikamızın tarixi haqqında geniş məlumatlandırmaq, marifləndirmək və eyni zamanda gənclər arasında vətənpərvərlik hisslərinin təbliğindən ibarət idi.
Bankdan verilən məlumata əsasən, Bank,Cümhuriyyətin yaranmasının 100-cü ildönümü münasibətilə silsilə tədbirlər və layihələr həyata keçirməyə davam edəcək.
Reklam hüququnda