Nazirlik ağacların kəsilməsinin qarşısını alan vətəndaşa təşəkkür etdi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik ağacların kəsilməsinin qarşısını alan vətəndaşa təşəkkür etdi – FOTO

17:12 - 14 / 05 / 2018
Nazirlik ağacların kəsilməsinin qarşısını alan vətəndaşa təşəkkür etdi – FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər bir vətəndaşı təbiəti mühafizə siyasətinə, ekoloji mədəniyyətə, təbii resursları qorumağa yönəldilən tədbirləri dəstəkləməyə, ətraf mühitə dair məsələlərdə fəallıq göstərərək  həmrəy olmağa çağırır.  

Nazirlik yaşıllıqların mühafizəsinə qayğıkeş münasibətinə və həyəcan təbili çaldığına görə Suraxanı rayonu Yeni Günəşli “A-B” yaşayış massivində yaşayan Rövşən Qafarova dərin təşəkkürünü bildirir, ətraf mühitin qorunmasında göstərdiyi vətəndaşlıq mövqeyini yüksək qiymətləndirir.

Onun ictimai nəzarəti sayəsində Suraxanı rayonu Yeni Günəşli “A-B” yaşayış massivində yeni yaşayış binasının layihələndirilməsi üçün “Abşeron-M” MMC-yə ayrılan 0,3 ha torpaq sahəsində bioloji inkişafda olan yaş köküstə 20-28 sm diametrliyində 8 ədəd sərv və şam ağacı, 8 sm diametrliyində tuya kolunun kəsilməsinin qarşısı alınıb.

R.Qafarovun “Abşeron-M” MMC tərəfindən ağacların məhv edilməsi təhlükəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə etdiyi müraciət Nazirliyin əməkdaşları tərəfindən özünün iştirakı ilə araşdırılıb və ağacların mühafizə edilməsi üçün “Abşeron-M” MMC-yə icrası məcburi olan müddətli “məcburi göstəriş verilib. Nazirliyin əməkdaşları tərəfindən ərazi və “məcburi göstəriş”in icrası nəzarətə götürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşların müraciətlərinə  diqqətlə yanaşır, daxil olan müraciətləri operativ olaraq araşdırır və qanunamüvafiq tədbirlər görür.

1news.az

Paylaş:
274

Son xəbərlər

Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıb01 / 05 / 2024, 17:49Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunub01 / 05 / 2024, 17:46Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıb01 / 05 / 2024, 17:44Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcək01 / 05 / 2024, 17:34Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb01 / 05 / 2024, 17:28İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 201 / 05 / 2024, 17:17Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - VİDEO01 / 05 / 2024, 16:49Dağlıq ərazilərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA01 / 05 / 2024, 16:48COP29-un rəsmi saytı istifadəyə verilib01 / 05 / 2024, 16:47Motosikletlə dünya səyahətinə çıxan baykerlər Bakı Limanına çatıb01 / 05 / 2024, 16:39Azərbaycan Prezidenti KAICIID-in Baş katibini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 16:36İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib01 / 05 / 2024, 16:35Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib01 / 05 / 2024, 16:20İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:47Kəlbəcərdə yük maşını aşıb, Türkiyə vətəndaşı ölüb01 / 05 / 2024, 15:37Prezident: Azad edilən ərazilərdə yeni məscidlər inşa edilir, dağıdılanların isə bərpa olunur01 / 05 / 2024, 15:35Prezident Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:33Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:21Qaradağda neft məhsulları tullantıları olan quyudan meyit tapılıb01 / 05 / 2024, 15:10Prezident ipoteka haqqında qanunu təsdiqlədi01 / 05 / 2024, 14:57
Bütün xəbərlər