Əmanətlərin Sığortalanması Fondu “Dəmirbank” ASC-nin kreditorlarına müraciət edib
Əmanətlərin Sığortalanması Fondu (ADIF) “Dəmirbank” ASC-nin kreditorlarına müraciət edib.
ADİF-dən 1news.az-a bildirilib ki, ləğv prosesində olan “Dəmirbank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu bankın kreditorlarının ləğvedici tərəfindən qəbul və etiraz edilmiş tələblərin siyahısının Bakı Apelyasiya Məhkəməsi tərəfindən təsdiq edilməsi barədə ərizəsi üzrə etiraz edilmiş tələblərə dair dinləmələr 2018-ci il mayın 22-də saat 16.30-ya təyin edilib.
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Dəmirbank” ASC-nin tələblərin qeydiyyatına etiraz edilmiş kreditorlarına bildirir ki, ləğvediciyə və məhkəməyə aşağıda qeyd edilən ünvanlara öz tələblərini təsdiqləyən sübutları təqdim etsinlər.
Bakı Apelyasiya Məhkəməsi, Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə. Telefon: (99412) – 538-16-08, 538-19-02 Faks: (99412) – 510-53-48; Əmanətlərin Sığortalanması Fondu, Bakı şəhəri, Babək prospekti, 16. Telefon: (99412) 596-65-91/92/93, Qaynar xətt – 941.
1news.az