Lökbatan-Qobu-Hökməli avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə, Lökbatan-Qobu-Hökməli avtomobil yolunda yeni üfüqi nişanlanma xətlərinin çəkilişi ilə əlaqədar mayın 14-dən saat 11:00-dan etibarən hərəkət hissə-hissə məhdudlaşdırılacaq.
Bu barədə 1news.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat veriblər.
Məlumata görə, məhdudlaşma axşam saatlarınadək qüvvədə olacaq. Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq, öncədən alternativ yollardan istifadə etmələri tövsiyə edilir.
1news.az
331