“Ödənişin nağdsız, səyahətin nağd olsun” - FOTO
E-Pul.az ödəmə portalı rahat və təhlükəsiz ödənişləri təmin etməklə bərabər, istifadəçilərinə bonus xallarından daha səmərəli istifadəyə yeni imkanlar açır.
“Ödənişin nağdsız, səyahətin nağd olsun” adlı tirajlı stimullaşdırıcı lotereyaya start verildi. Kampaniya15 may 2018-ci il saat 10:00-dan 22 iyun 2018-ci il saat 12:00-dək olan müddəti əhatə edəcək.
Hər bir E-Pul istifadəçisi lotereyada iştirak edə bilər. Bunun üçün lotereya biletinə bərabər olan eyniləşdirmə nömrəsi əldə etmək lazımdır. 1 (bir) eyniləşdirmə nömrəsi 5000 (beş min) bonus xala bərabərdir.
İstifadəçi bonusunu eyniləşdirmə nömrəsi -10 (on) rəqəmli koda dəyişərkən, bu, şəxsi kabinetdə Məktub qutusuna göndəriləcək.
Şəffaflığın təmin olunması məqsədi ilə qalib elektron püşkatma ilə - https://www.random.org sayt vasitəsi və Münsiflər heyətinin nəzarəti ilə seçiləcək.
Lotereyanın nəticəsində qalib gələn şəxs üçün əlavə olaraq Şəxsi kabinetə yeni kod göndəriləcək. Həmin kod və şəxsiyyətini təsdiq edən sənədi təqdim edərək, qalib uduşuna sahib ola biləcək.
“Ödənişin nağdsız, səyahətin nağd olsun” adlı tirajlı stimullaşdırıcı lotereyası E-Pul az. saytında onlayn qaydada, qalib isə 22 iyun 2018-ci il saat:15:00-da E-Pul.az-ın rəsmi facebook səhifəsində, canlı yayımda müəyyən olunacaq.
Lotereyanın uduş fonduna daxil olan məhsullar:
Türkiyəyə 2 nəfərlik səyahət paketi.
Məişət texnikası mağazasından 10 ədəd 100 AZN dəyərində hədiyyə kartı.
Hər birinizi Lotereyada iştirak edib, şansınızı sınamağa dəvət edirik.
Reklam hüququnda