Muxtar Babayev Bərdə, Ağdam, Ağcabədi və Tərtər rayonlarının vətəndaşlarını qəbul edəcək

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev mayın 25-də Bərdə, Ağdam, Ağcabədi və Tərtər rayonlarının vətəndaşlarını qəbul edəcək.
1news.az-ın məlumatına görə, Bərdə şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının binasında (ünvan: Heydər Əliyev prospekti 92) baş tutacaq qəbul saat 10:00-da başlayacaq.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 12 saylı (Bərdə) ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi (ünvan: Qasım bəy Zakir küçəsi 18) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 050-565-43-55, 050-628-48-52, 020-20-5-44-82) xahiş olunur.
1news.az
544