Xanım Əliyeva 1newsTV-nin efirində: Qızımı əlimdən almağa dəyər?! – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xanım Əliyeva 1newsTV-nin efirində: Qızımı əlimdən almağa dəyər?! – VİDEO

22:15 - 16 / 05 / 2018
Xanım Əliyeva 1newsTV-nin efirində: Qızımı əlimdən almağa dəyər?! – VİDEO

1newsTV-nin efirində yayımlanan “Sözün düzü” verilişinin qonağı məktəbdə müəlliməsi tərəfindən döyülən Nurayın anası Xanım Əliyeva olub.

Xatırladaq ki, Xanım Əliyevanın şikayəti əsasında 189-190 saylı məktəbin ibtidai sinif müəlliməsi Səyyarə Əliyeva işdən azad edilib.

Baş vermiş hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu. Hadisənin gedişi zamanı ondan “serial” da düzəltdilər. Əvvəlcə cəmiyyət birinci sinif şagirdinin ehtiyatsızlıqdan partanı qələmlə çirkləndirməsinə hiddətlənərək vuran müəlliməsi çoşdurdu. Daha sonra isə, “Bizimləsən” verilişinin efirdə video-müşahidə kameralarının görüntüsü yayımlandıqdan sonra ittihamlar X.Əliyevanın ünvanına səsləndirildi. Videoda X.Əliyeva qızını vurur. Bundan sonra X.Əliyeva canlı yayımda qızını vurmasını affekt halında olduğunu bildirir və öz hərəkətini haqlı hesab edir.

Sosial şəbəkələrdə qalmaqalın ilk səbəbi unudularaq X.Əliyevanın cəzalandırılmasını istəyir. Bizə çatan məlumata görə, hazırda uşağı onun əlindən almaqla hədələyirlər.

Baş verənlərin araşdırılması üçün X.Əliyeva redaksiyamıza gələrək 1newsTV-nin qonağı olub.

X.Əliyeva bildirib ki, 1newsTV-yə verdiyi müsahibədən sonra qızının gələcək taleyilə bağlı Səbail rayon İcra Hakimiyyətinə gedəcək.

“Son günlər baş verən hadisədən sonra anam xəstəxanaya yerləşdirilib. Məktəbdə qızıma boykot elan edilib. Qızımı əlimdən alacaqları ilə bağlı hədələyiblər. Bir daha deyirəm: qızımı döyməyim düzgün hərəkət deyil. Həyatımda birinci dəfə bu əməli etmişəm. Sinfə girən kimi qızımın alnında qançır gördüm. Soruşuram nə olub? Uşaq heç nə demədən müəlliməyə baxdı. Anlayanda nə baş verib qızıma hirsləndim və vurdum. Birinci və axırıncı dəfə bu addımı atmışam. Bu, qızımı əlimdən almağa əsas verir? Bu, qızımı məktəbdə baykot elan etməyə əsas verir?”. 

Onun sözlərinə görə, müəllimənin şagirdlərə əl qaldırması ilə bağlı sübut olaraq video var.

“Müəllimənin işdən çıxarılmasına baxmayaraq videolarsız onun günahını sübuta yetirmək olmur. Video olmadan bütün ittihamlar mənim ünvanıma səsləndirilir. Sual verəndə ki, uşağımı vurduğum video sosial şəbəkələrdə paylaşılıbsa, müəllimənin də şagirdləri vurğudu video niyə yoxdur? Mənə dəqiq cavab verən olmadı. Belə çıxır günahkar yalnız mənəm. Bilirsiniz, hamıya qarşı mən təkəm. Məktəbdə qızımı baykot edirlər, ona çox çətindir, o, balacadır axı. Mənə də çox çətindir. Hər zaman düşünürəm ki, qızımı itirə bilərəm. Onsuz yaşaya bilmərəm. Səhv etmişəm. Bu o demək deyil ki, zorakılığı alqışlayıram. Günahımı boynuma alıram. Qızımı itirmək istəmirəm. Qızımı əlimdən almaq problemi həll edəcək? Uşaq evində ona yaxşı olacaq?”, - deyə X.Əliyeva bildirib.

Efir zamanı Azərbaycana Birgə Kömək Təşkilatının (UAFA) nümayəndəsi Saleh Nəsirovla əlaqə saxlayaraq “Uşaq hüququ haqqında” qanunun işləməsilə bağlı Azərbaycanda sistemin olmamasından danışdıq.

Bu gün S.Nəsirov efir zamanı məsələyə toxunaraq yaranmış vəziyyətlə X.Əliyevaya məsləhətlər də verib.

Xatırladaq ki, X.Əliyeva Səbail rayon İcra Hakimiyyətinə ziyatərilə bağlı nəticələri bizə bildirəcək. Bu hadisə ölkəmizdə bir sıra problemlərin aşkara çıxardığı üçün geniş rezonans doğurub. İlk növbədə uşaqların müdafiəsinin olmaması problemidir. İkincisi problem, uşaqlara göstərilən zorakılıqla bağlı ailələrə köməyin göstərilməməsidir. Sonuncusu isə, Azərbaycanda “Uşaq hüququ haqqında” qanunun işləmə mexanizminin olmamasıdır.

Hadisələrin gələcək təfərrüatı ilə oxucuları məlumatlandıracağıq.

Tərcümə: S.Xankişiyeva

Video: Emil Nəsirov, Nadir İbrahimli

Paylaş:
1229

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər