Bakıda 28, rayonlarda 32 dərəcəyə qədər isti olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 28, rayonlarda 32 dərəcəyə qədər isti olacaq

13:22 - 17 / 05 / 2018
Bakıda 28, rayonlarda 32 dərəcəyə qədər isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi may ayının 18-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-17, gündüz 25-29,  Bakıda gecə 15-17, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 civə sütunu, nisbi rütubət gecə 65-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mayın 18-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 18-19 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 19-20 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 18-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 12-17, gündüz 27-32, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, mayın 18-də Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas  insanlar  üçün  əlverişlidir.  

Babək Cahandarov

Paylaş:
417

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər