Ramazanın ilk günü: dua, imsak və iftar vaxtı – TƏQVİM | 1news.az | Xəbərlər
Cəmiyyət

Ramazanın ilk günü: dua, imsak və iftar vaxtı – TƏQVİM

09:35 - 17 / 05 / 2018
Ramazanın ilk günü: dua, imsak və iftar vaxtı – TƏQVİM

Bu gün Ramazan ayının birinci günüdür.

1news.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat 03:41-də, iftar isə saat 20:07-dədir.

Ramazan ayının birinci gününün duası:

“Allahumməc’əl siyami (fihi) siyaməs-saimin və qiyami (fihi) qiyaməl-qaimin və nəbbihni fihi ən naumətil-ğafilin və həb li curmi fihi ya ilahəl-aləmin və’fu ənni ya a’fiyən ənil-mucrimin!”

Tərcüməsi:

“Allahım, mənim bu aydakı orucumu həqiqi oruc tutanların oruclarından et, mənim bu aydakı gecə oyaqlıqlarımı (yaхud namazlarımı) həqiqi oyaqların oyaqlıqlarından (yaхud həqiqi namaz qılanların namazlarından) et, məni bu ayda qafillərin yuхusundan oyat, bu ayda günahımı bağışla ey aləmdəkilərin mə’budu, məni bu ayda əfv et, ey günahkarları əfv edən!”

Allah orucunuzu qəbul etsin!

S.Xankişiyeva

Paylaş:
2404

Son xəbərlər

Bütün xəbərlər