Maşının gizli saxlanc yerində mobil telefonlar aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Maşının gizli saxlanc yerində mobil telefonlar aşkarlanıb

21:13 - 18 / 05 / 2018
Maşının gizli saxlanc yerində mobil telefonlar aşkarlanıb

Ölkəyə gizli yolla mobil telefonların gətirilməsinin qarşısı alınıb.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Qaz 31105” markalı nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib.

Yoxlama zamanı, nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən 19 ədəd “Samsung” markalı mobil telefonlarvə aksesuarları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
364

Son xəbərlər

Bütün xəbərlər