Ramazanın üçüncü günü: dua, imsak və iftar vaxtı – TƏQVİM

Bu gün Ramazan ayının üçüncü günüdür.
1news.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat 03:38-də, iftar isə saat 20:09-dadır.
Ramazan ayının üçüncü gününün duası:
“Allahummərzuqni fihiz-zihnə vət-tənbih və ba’idni fihi minəs-səfahəti vət-təmvih vəc’əl li nəsibən min kuli хəyrin tunzilu fihi, bicudikə ya əcvədəl-əcvədin!”
Tərcüməsi:
“Allahım mənə bu ayda zehn itiliyi və ayıqlıq əta et, məni bu ayda səfehlik və səhvdən uzaqlaşdır, mənə bu ayda nazil etdiyin bütün хeyirlərdən bir pay ver, səхavətliliyinə хatir ey səхavətlilərin ən səхavətlisi!”
Allah orucunuzu qəbul etsin!
S.Xankişiyeva
594