DSMF-nin 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub - SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

DSMF-nin 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub - SİYAHI

14:03 - 19 / 05 / 2018
DSMF-nin 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub - SİYAHI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Bakı şəhəri üzrə 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, müvafiq əmrlə fondun Yasamal şöbəsinin müdiri vəzifəsi müvəqqəti olaraq İlham Orucova, Sabunçu şöbəsinin rəhbəri vəzifəsi Firdovsi Əliyevə, Suraxanı şöbəsinin müdiri vəzifəsi Pərviz Rüstəmova, Xətai şöbəsinə rəhbərlik isə Firdovsi Bədəlova həvalə edilib.

Bundan başqa, DSMF-nin Qaradağ rayon şöbəsinin müdiri Məhərrəm Məhərrəmov vəzifəsindən kənarlaşdırılıb və onun səlahiyyətlərinin icrası müvəqqəti olaraq Elşən Fətullayevə tapşırılıb.

S.Xankişiyeva

 

 

Paylaş:
649

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər