Gürcüstanda saxta 4 min dollar satan 2 azərbaycanlı saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gürcüstanda saxta 4 min dollar satan 2 azərbaycanlı saxlanılıb

19:17 - 19 / 05 / 2018
Gürcüstanda saxta 4 min dollar satan 2 azərbaycanlı saxlanılıb

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti saxta pul satmaqda şübhəli bilinən 2 azərbaycanlını saxlayıb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, istintaqla müəyyən olunub ki, Dmanisi rayon sakini Tanrıverdi K. adlı şəxs Gürcüstan vətəndaşına saxta pul almağı təklif edib. O, saxta pulları Türkiyədən gətirdiyini bildirib.

Tanrıverdi K. ortağı olan Rusiya vətəndaşı Vilayət A. ilə Gürcüstan vətəndaşına saxta 4 min dollar verərək əvəzində 1400 dollar alıblar.

Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsləri 7 ildən 10 ilədək həbs cəzası gözləyir.

S.Xankişiyeva

 

 

Paylaş:
348

Son xəbərlər

Bütün xəbərlər