“AzerGold” QSC AzMİU-nun müəllim heyəti üçün Çovdar filiz emalı sahəsinə tanıtım səfəri təşkil edib - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“AzerGold” QSC AzMİU-nun müəllim heyəti üçün Çovdar filiz emalı sahəsinə tanıtım səfəri təşkil edib - FOTO

17:10 - 21 / 05 / 2018
“AzerGold” QSC AzMİU-nun müəllim heyəti üçün Çovdar filiz emalı sahəsinə tanıtım səfəri təşkil edib - FOTO

Mayın 20-də “AzerGold” QSC Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllim heyəti üçün Çovdar filiz emalı sahəsinə tanıtım səfəri təşkil edib.

Müəllimləri Çovdar filiz emalı sahəsinin fəaliyyəti haqqında məlumatlandırmaq mədsədi daşıyan səfər filiz emalı sahəsində təhlükəsizlik qaydaları ilə tanışlıqdan başlayıb. Daha sonra müəllimlərə laboratoriyanın iş prinsipi, filiz emalı sahəsində çalışan insanlar üçün yaradılan şərait, həmçinin, qiymətli metalların hasilat və emal prosesi haqqında ətraflı məlumat verilib. Qızıl çıxımı, müasir texnologiyaların tətbiqi və ətraf mühitin qorunması nöqteyi-nəzərdən MDB məkanında lider mövqelər tutan Çovdar filiz emalı sahəsinin fəaliyyəti müəllim heyətində böyük maraq doğurub. 

Qeyd edək ki, tanıtım səfəri 2017-ci ilin noyabr ayında Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində baş tutub. İki qurum arasında nəzərdə tutulan birgə fəaliyyət planına uyğun olaraq Çovdar filiz emalı sahəsində fevral ayında başlayan dörd tələbənin istehsalat təcrübəsi bu ay başa çatıb. Təcrübə zamanı tələbələr tikinti sahəsində təhlükəsizlik tədbirləri, sənədləşdirmə işləri, topa qələviləşdirmə sahəsinin tikintisi, tikintidə istifadə olunan ofis proqramları (MS Office, AutoCAD, ArchiCAD, Tekla), tikinti-quraşdırma, həmçinin, müxtəlif materiallar üçün tələb olunan testlər və tikinti obyektinin istismara qəbulu haqqında dərin biliklər əldə ediblər. Bundan əlavə, cari ilin aprel ayında “AzerGold” QSC-nin əməkdaşları tərəfindən AzMİU-da “Karyerada ilk addımlar” mövzusunda təşkil olunan seminarda tələbələrə CV-nin tərtib edilməsi və müsahibədə davranış qaydaları haqqında ətraflı məlumat verilib.  

Bu il ərzində, həmçinin, "AzerGold" QSC-nin əməkdaşları tərəfindən AzMİU-nun bakalavr və magistr dərəcələrində təhsil alan tələbələri üçün müvafiq proqramlar üzrə master-klassların keçirilməsi, konkret nümunələr üzərində tədqiqatların hazırlanması, AzMİU-nun müəllim və tələbələri tərəfindən dağ-mədən və tikinti sahəsində istifadə olunan avadanlıqların, texnologiyaların tətbiqi və təhlili istiqamətində təkliflərin verilməsi nəzərdə tutulub.

Reklam hüququnda

Paylaş:
1049

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər