Qəhrəmancasına şəhid olan əsgərimiz “Şücaətə görə” medalı ilə təltif olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəhrəmancasına şəhid olan əsgərimiz “Şücaətə görə” medalı ilə təltif olunub

14:26 - 22 / 05 / 2018
Qəhrəmancasına şəhid olan əsgərimiz “Şücaətə görə” medalı ilə təltif olunub

Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində Ermənistanın növbəti təxribatının qarşısını alarkən şəhid olmuş əsgər Adil Əli oğlu Tatarov müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə “Şücaətə görə” medalı ilə təltif olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, medal mayın 22-də Ağstafa rayonunun Qıraq Kəsəmənli kəndində Adil Tatarovun ailəsinə təqdim ediləcək.

Xatırladaq ki, mayın 20-də düşmənin növbəti təxribatının qarşısını alarkən həlak olan şəhid Adil Tatarov doğulduğu Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində son mənzilə yola salınıb.

1news.az

Paylaş:
433

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər