IT – nəhənglər Bakıda toplaşdılar - FOTO - VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

IT – nəhənglər Bakıda toplaşdılar - FOTO - VİDEO

17:05 - 22 / 05 / 2018
IT – nəhənglər Bakıda toplaşdılar - FOTO - VİDEO

2018-ci ilin may ayının 10-da  Pullman otelinin böyük zalında İT avadanlıqlarının distribütoru olan, maliyyə və logistikadan tutmuş marketinqə qədər bütöv bir dövrü dəstəkləyən Gulfstream Distribution şirkətinin rəsmi açılışı münasibətilə Azərbaycanın ən böyük İT inteqratorların və riteylerlərin nümayəndələri, o cümlədən bir çox dünyaca məşhur İT brendlərin regional rəhbərləri toplaşmışdılar.

Gulfstream Distribution həmçinin, İT avadanlıqların distribütorluğu sahəsində dünyaca liderlərindən biri olan Abris şirkətinin Azərbaycanda rəsmi  tərəfdaşıdır.

Gulfstream Distribution komandası bu mühüm gündən İT texnologiyaları üzrə ən böyük vendor və inteqratorları bir araya toplamaq, onların inkişafını müzakirə etmək, İT sahəsinin ən son trendləri barədə bölüşmək, tərəfdaşlıq əlaqələrini daha da möhkəmləndirmək və sadəcə həmkarları ətrafında xoş vaxt keçirmək məqsədi ilə istifadə edib. 

Tədbiri şirkətin baş direktoru Adil Əliyev açıq elan etdi: “Bu günkü gündə nəyinki  ayrıca şirkətlərin və inteqratorların imkanları vacibdir, o cümlədən prosesin bütün iştirakçılarının sıx əməkdaşlığı vacibdir. İstehsalçı İT həllərlə  təmin edir, distrübutor çatdırılmadan tətbiq etməyə kimi bütün etaplarda dəstək olur, inteqrator isə son sifarişçiyə həmin avadanlıq və həlləri tətbiq edir. Məhz buna görə bazarın və onun iştirakçılarının inkişafı üçün uzunmüddətli və məhsuldar əlaqələrin qurulması və qorunması vacibdir.

Öz tərəfindən Gulfstream Distribution satış kanallarını qorumağa, bazarı inkişaf etdirmək istəyən tərəfdaşlara dəstək olmağa, həmçinin, onları treninq və seminar vasitəsi ilə maarifləndirməyə hazırdır”.

Tədbirdə Marketinq üzrə menecer Fərhad Rzayev, İnteqrasiya olunmuş İT həllər üzrə menecer Emin Həsənov, layihə biznesi və pərakəndə satışlar üzrə menecer Ziya Qasımov çıxış ediblər.

Tədbirin ikinci hissəsində isə İT avadanlıqlarının və həllərinin istehsalçıları çıxış ediblər:

Axis – videomüşahidə və yüksəktexnologiyalı İP kameralar üzrə dünyanın aparıcı istehsalçılarından biri. Nümayəndə - Mixail Artemenko.

Checkpoint – kiber-təhlükəsizlik , firewall və müdafiə sistemlərinin dünya liderlərindən biri. Nümayəndə - Aleksandr Savuşkin.

NEC – displey və video-divarların aparıcı istehsalçısı. Nümayəndə - Maksim Proxorov.

Canon – çap və foto texnikasının ən böyük istehsalçısı. Nümayəndə - Aleksandr Kereselidze.

Plantronics – korporativ və özəl sektoru üçün qarnitura istehsalı üzrə liderlərdən biri. Nümayəndə - Mixail Poluneckiy.

APC – enerji  təchizatı həllərinin sahəsində dünyanın aparıcı istehsalçısı. Nümayəndə - Bəxtiyar Əliyev.

Bütün vendorlar Azərbaycan bazarının yüksək potensialına, eləcə də Gulfstream Distribution vasitəsi ilə qısa zamanda İT texnologiyalarının rolunun dövlət idarəetmə və biznes sahələrində artırılmasına əmin olduqlarını bildirdilər.

Tədbirin sonunda 50-dən çox inteqrator və riteylerlər gələcəkdə birgə nailiyyətlərin  təmin edilməsi üçün bir vasitə olan Gulfstream Distribution şirkəti ilə tərəfdaşlıq sertifikatı ilə təltif olundular.

Gulfstream Distribution şirkəti Cisco, Axis, Dell, Checkpoint, NetApp, Avigilon, Pelco, Huawei, Milestone, Canon, Acer, APC, EMC, NEC, Mitsubishi Electric və bir çox digər brendlərin distribütorudur.

 

Reklam hüququnda

 

 

 

 

Paylaş:
817

Son xəbərlər

Bütün xəbərlər