Tezliklə Paris partlayacaq - ƏSA Teatrında – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Tezliklə Paris partlayacaq - ƏSA Teatrında – FOTO

12:49 - 22 / 05 / 2018
Tezliklə Paris partlayacaq - ƏSA Teatrında – FOTO

Azərbaycanın ilk və tək inklüziv teatrı olan ƏSA Teatrı tezliklə yeni premyerasını təqdim edəcək.

Teatrdan 1news.az-a verilən məlumata görə, hazırda yeni tamaşanın məşqləri davam edir.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə yeni premyerası ilə tövhə verməyi düşünən ƏSA Teatrı yerli dramaturgiyanın ən parlaq əsərlərindən birinə müraciət edib.

Teatrın baş meneceri Nicat Qulam bildirib ki, təkcə Azərbaycanın deyil, bütün türk-müsəlman dramaturgiyasının banisi, görkəmli mütəfəkkir Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan və Dərviş Məstəli Şah” pyesinin motivləri əsasında “Paris partladı” tamaşası teatrsevərlər üçün maraqlı və yeni quruluşda hazırlanır. ƏSA Teatrı tamaşanın premyerasını həm də görkəmli dramaturqun yubileyi ərəfəsində təqdim etməklə, Şərqin Molyeri hesab olunan M.F.Axundazadəyə ehtiramını bildirir.

Qeyd edək ki, yarandığı vaxtdan yalnız dünya ədəbiyyatının parlaq əsərlərini səhnələşdirən ƏSA Teatrı ilk dəfə yerli dramaturgiyaya müraciət edib. Tamaşanın bədii rəhbəri Nihad Qulamzadə, baş meneceri Nicat Qulam, quruluşçu rejissoru Elşən Əsgərov, multi-media meneceri Elxan Xanəlizadədir.

1news.az

Paylaş:
2542

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər