Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri peşə bayramlarını qeyd edirlər | 1news.az | Xəbərlər
Cəmiyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri peşə bayramlarını qeyd edirlər

13:24 - 23 / 05 / 2018
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri peşə bayramlarını qeyd edirlər

Bu gün – 23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır.

1news.az xəbər verir ki, respublikada həyata keçirilən struktur islahatları çərçivəsində ümummilli lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli fərmanı ilə ətraf mühitin qorunması və təbii ehtiyatlardan istifadənin ayrı-ayrı aspektləri ilə məşğul olan və fəaliyyətlərində qismən biri-birini təkrarlayan Dövlət Ekologiya və Təbii Ehtiyatlardan İstifadəyə Nəzarət Komitəsi, “Azərmeşə” İstehsalat Birliyi, Geologiya Komitəsi, “Azərbalıq” Dövlət Konserni və Dövlət Hidrometeorologiya Komitəsi ləğv edilib və onların bazasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb.

Az sonra, ölkə prezidentinin 18 sentyabr 2001-ci il tarixli fərmanı ilə Nazirliyin əsasnaməsi təsdiq edilib.

2007-ci il mayın 16-da isə Prezident İlham Əliyev hər il may ayının 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramının təsis edilməsi haqqında sərəncam imzalayıb.

Həmin tarixdən başlayaraq nazirliyin işçiləri hər il mayın 23-nü peşə bayramları kimi qeyd edirlər.

Nəzərinizə çatdıraq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində, həmçinin Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması istiqamətində dövlət siyasətini həyata keçirir. İndiki və gələcək nəsillərin sağlamlığının təmin edilməsi, iqtisadi potensialın qorunması, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi Nazirliyin qarşısında duran başlıca vəzifələrdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, respublikamızda ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində də mühüm işlər görülür. Ölkəmizin ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafı, meşələrin bərpa edilməsi və artırılması, əhalinin keyfiyyətli içməli su ilə təminatı, eləcə də digər sahələrlə bağlı milli proqramlar uğurla yerinə yetirilir.

Beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların təşkili və ekoloji şəbəkənin yaradılması istiqamətində görülən işlər də bu qəbildəndir. Dövlət başçısının 2010-cu ili “Ekologiya İli” elan etməsi isə ölkəmizdə ətraf mühitin qorunmasına göstərilən diqqətin ən bariz nümunəsi sayıla bilər.

Qeyd edək ki, bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi peşə bayramının qeyd olunmasına Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini anmaqla başlayıb.

Ulu öndərin məzarı önünə əklil qoyulub, əziz xatirəsi ehtiramla yad edilib. Sonra Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi anılıb.

Peşə bayramı ilə əlaqədar tədbirlər Suraxanı rayonu ərazisində beton yolun kənarındakı yaşıllıq zonasında davam etdirilib.     

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev peşə bayramı münasibətilə nazirliyin kollektivini təbrik edib. O, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda digər sahələrdə olduğu kimi ətraf mühitin mühafizəsi istiqamətində də qarşıya qoyulan vəzifələrin yerinə yetirildiyini və bu işlərin bundan sonra da ölkənin inkişaf tempinə uyğun olaraq uğurla davam etdiriləcəyini bildirib. M.Babayev dövlət başçısının ekologiya sahəsində çalışanların əməyinə yüksək qiymət verdiyini, onların təltif edilməsini, fəxri adlara layiq görülməsini Azərbaycan dövlətinin ekologiya işçilərinə göstərdiyi diqqət və qayğının təzahürü kimi qiymətlən­dirib.

Ətraf mühitin mühafizə edilməsi sahəsində xüsusi xidmətlərinə görə fərqlənən ekoloqlar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Fəxri Fərman”ı  ilə təltif edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi adından ölkə Prezidentinə müraciət qəbul olunub.

Sonra nazirliyin kollektivinin, ekoloji qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Suraxanı rayonu ərazisində beton yolun kənarındakı yaşıllıq sahədə iməcilik keçirilib. Ərazidə abadlıq işləri aparılaraq yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

1news.az kollektivi adından peşə bayramları münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivini təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Babək Cahandarov

Paylaş:
249

Son xəbərlər

Baş direktor “IDEB 2024” sərgisində iştirak edirBu gün, 15:44Samir Nuriyev Belarus Baş nazirinin müavini ilə görüşübBu gün, 15:35Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib, silahlar aşkarlanıbBu gün, 15:32AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilibBu gün, 15:03ABB-nin Suraxanı filialı da yeniləndi!Bu gün, 14:26Azərbaycan Özbəkistanla seysmologiya sahəsində təcrübə mübadiləsi aparacaqBu gün, 14:18Xocalıda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına həsr olunan tədbir keçirilirBu gün, 14:11Səkkiz Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilibBu gün, 13:36Azərbaycan və Belarus XİN başçıları əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblərBu gün, 13:22Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilibBu gün, 12:55ASCO-nun “yaşıl artım” çağırışlarından irəli gələn fəaliyyət prioritetləri müəyyən ediləcəkBu gün, 12:43“Xan arxı” suvarma kanalı tullantılardan təmizlənibBu gün, 12:27Sabah 20 dərəcə isti olacaq - ProqnozBu gün, 12:21Sahibə Qafarova Sinqapur Prezidenti ilə görüşübBu gün, 12:10Azərbaycan dələduzluqda təqsirləndirilən iki nəfəri Özbəkistana təhvil veribBu gün, 12:01FHN Ağsuda yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb - VİDEOBu gün, 11:58Təhsil müəssisəsində külli miqdarda mənimsəmə faktı ilə bağlı cinayət işi başlanıbBu gün, 11:38Gənc zabitlərin püşkatması keçirilibBu gün, 11:15Azərbaycanda boşanmaların əsas səbəbləri açıqlanıbBu gün, 11:13Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbulu başlayıbBu gün, 11:06
Bütün xəbərlər