Bu yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

11:27 - 23 / 05 / 2018
Bu yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Yasamal rayonu, “Bakı Dairəvi-1” avtomobil yolunun Yeni Yasamal sahəsinə keçən hissəsində, həmçinin Qaradağ rayonu, Lökbatan-Qobu avtomobil yolunda üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılır.

1news.az-ın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən verdiyi xəbərə görə, bu məqsədlə, sözügedən yollar boyu bu gün saat 11:00-dan axşam saatlarınadək nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

1news.az

Paylaş:
288

Son xəbərlər

Bütün xəbərlər