Lerikdə 75 ağacın qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Lerikdə 75 ağacın qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlanıb

12:50 - 23 / 05 / 2018
Lerikdə 75 ağacın qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlanıb

Ekoloji mühitə ziyan vurulması, ağaclar və digər yaşıllıqların qanunsuz kəsilməsi, həmçinin ekoloji tarazlığın pozulmasına yönəlmiş qanunsuz hərəkətlərə, eləcə də öz qanunazidd əməlləri ilə dövlətin ekoloji sağlamlığın yaxşılaşdırılmasına və ətraf mühitin mühafizəsinə yönələn genişmiqyaslı tədbirlərə kölgə salan şəxslərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Vizəzəmin meşəbəyliyinin ərazisində yaş köküstə müxtəlif cinsli və diametrli 75 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə xeyli miqdarda, yəni 6590 manat məbləğində ziyan vurulması ilə bağlı ETSN-dən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

Həmin faktla bağlı baş prokurorun birinci müavini tərəfindən Cinayət Məcəlləsinin 259.1-ci (qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Lerik rayon Polis Şöbəsinin İstintaq Qrupuna tapşırılıb.

Hazırda qanunsuz ağac kəsmə faktı ilə bağlı başlanmış cinayət işi üzrə təqsirkar şəxslərin dairəsinin tam müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bütün fiziki və hüquqi şəxslərə qanunsuz ağac kəsilməsi hallarına yol verməmələri tövsiyə edilir və bu kimi hallara yol verən şəxslər barəsində qanunla nəzərdə tutulmuş qaydada ən ciddi cəza tədbirləri görüləcək. 

1news.az

Paylaş:
274

Son xəbərlər

Sahibə Qafarova sədri Sinqapur parlamentinin sədri ilə görüşdü14 / 05 / 2024, 17:49Azərbaycan və Özbəkistan hərbi mütəxəssislərinin işçi görüşü keçirilib14 / 05 / 2024, 17:35Naxçıvanda intensiv yağışlar fəsadlar törədib - VİDEO14 / 05 / 2024, 17:27Ukrayna və Fransa prezidentləri arasında telefon danışığı olub14 / 05 / 2024, 17:14Musiqi məktəblərində işə qəbul üçün qeydiyyat bu tarixdə başa çatacaq14 / 05 / 2024, 17:11Azərbaycan ABŞ şirkəti ilə dekarbonizasiyanın modelləşdirilməsini müzakirə edib14 / 05 / 2024, 17:07Özünü MİDA-nın vəzifəli şəxsi kimi təqdim edib dələduzluq edən şəxsin məhkəməsi başlayır14 / 05 / 2024, 16:32Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQ14 / 05 / 2024, 16:22Aytən Səfərova düşdüyü qəzadan danışdı: “O kadrları istərdim, siz də görəsiniz, amma...” - VİDEO14 / 05 / 2024, 16:14Sabahdan etibarən “Təmiz hava” aylığına start verilir14 / 05 / 2024, 16:00Ali Məhkəmədə yeni təyin olunmuş hakimlərin andiçmə mərasimi keçirilib14 / 05 / 2024, 15:58KOB subyektləri haqqında məlumatlar vahid reyestrdə toplanacaq14 / 05 / 2024, 15:55Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA - YENİLƏNİB14 / 05 / 2024, 15:38Ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsindən azad olunub14 / 05 / 2024, 15:30Şeyxülislam Allahşükür Paşazadə “KAICIID 2024” Qlobal Forumunda iştirak edəcək14 / 05 / 2024, 15:26BMT Azərbaycan və PAŞA Holding “29 İqlim Söhbəti: COP29-a gedən yol” Proqramı çərçivəsində tədbir keçirib - FOTO14 / 05 / 2024, 15:13Bu gün Xalq artisti Bəhram Mansurovun anım günüdür14 / 05 / 2024, 15:09Sevinc Fətəliyeva: Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb14 / 05 / 2024, 15:03QDF “PAŞA Holding” və BMT-nin “COP 29-a gedən yol” tədbirində “Yaşıl guşə” ilə iştirak edib - FOTO14 / 05 / 2024, 14:51Göyçayda çaya tökülən tullantıların toplanması ilə bağlı hansı işlər görülür? - Rəsmi cavab14 / 05 / 2024, 14:45
Bütün xəbərlər