Xəzərdə içərisində meyitlər olan qayıq aşkarlanıb

Xəzər dənizində aşkarlanan qayığın içərisində 2 nəfərin meyitinin olduğu təsdiqlənib.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, FHN əməkdaşları artıq meyitləri qayıqdan götürüblər.
Lakin meyitlər tanınmaz hala düşdüyündən onların kimliyi hələlik məlum deyil.
Meyiti tapılan şəxslərin kimliyi ekspertizadan sonra məlum olacaq.
S.Xankişiyeva
298