Bakıda “sevgi yuvaları”: Ərəblər oraya qrup halında gəlirlər | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “sevgi yuvaları”: Ərəblər oraya qrup halında gəlirlər

18:14 - 24 / 05 / 2018
Bakıda “sevgi yuvaları”: Ərəblər oraya qrup halında gəlirlər

Bakıda bəzi gecə klubları ərəb ölkələrindən olan müştərilərə xidmət göstərmək sahəsində ixtisaslaşıb.

1
news.az xəbər verir ki, bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (ATA) rəhbəri Nahid Bağırov Azərbaycanda "seks turizmi" probleminin inkişafını şərh edərkən bildirib.

Bağırov bildirib ki, bu sahədə bir neçə gecə klubu fəaliyyət göstərir: "Onlar Həsən Əliyev küçəsində, "erməni qəbiristanlığı"nın yaxınlığında yerləşir. Turistlər yüngül əxlaqa malik yerli qadınlarla tanış olmaq üçün bu klublara az qala qruplar halında gəlirlər".

Qeyd etmək lazımdır ki, ölkədə turizmin canlanması ilə Bakının Nizami küçəsində həyat daha da maraqlı olub. Bu küçədə dünyanın ən qədim peşəsinin sahibləri heç kimdən çəkinmədən öz xidmətlərini xarici vətəndaşlara təqdim edirlər.

Qiymətlərin elə də yüksək olmadığı nəzərə alınsa, çətin ki, çox adam onların xidmətindən imtina etsin. Bu sözlərin təsdiqi kimi ərəb turistlərin hotel nömrələrində pulsuz oyanaraq "sevgi kahinləri"nin qurbanı olması hallarını xatırlamaq olar.

Bu arada Bağırov qeyd edib ki, o, şəxsən qadınların Nizami küçəsində əcnəbi turistlərlə qiymət məsələsində sövdələşməsinin şahidi olub: "Mən şəxsən ərəblərin bizim qadınlara yaxınlaşması və onlara əxlaqsız təklif etməsinə əmin olmaq üçün müşahidə aparırdım. Mən belə bir halın şahidi olmuşam. Həmçinin Nizami küçəsində qızların skamyada əyləşərək ərəblərin onlara yaxınlaşmasını gözlədiklərini də görmüşəm. Hətta bunu telefona da çəkmişəm".

Onun sözlərinə görə, yerli qızlar özləri əcnəbilərlə ünsiyyətə fəal şəkildə daxil olurlar. Azərbaycan Turizm Assosasiyasının rəhbəri hüquq-mühafizə orqanlarını əməli tədbirlər görməyə və qadınları ərazidən uzaqlaşdırmağa, həmçinin faktiki olaraq fahişəxana olan gecə klublarını bağlamağa çağırıb.

Bakıda həmcinsinə əxlaqsız təklif edən gəncin başına nələr gəldi – Təfərrüat

"Görüləcək tədbirlərdən sonra təbii ki, turistlərin cüzi hissəsi Azərbaycana geri gəlməyəcək, lakin Respublika artıq özünü turizm ölkəsi kimi tanıda bilib və itki elə də çox olmayacaq" — N.Bağırov vurğulayıb.

"Təmiz Dünya" ictimai birliyinin sədri, hüquq müdafiəçisi Mehriban Zeynalovanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə isə, hazırda Bakıda işləyən yüngül əxlaqa malik qadınlar arasında faktiki olaraq xarici vətəndaş yoxdur: "Ayrı-ayrı hallar qeydə alınsa da, qonşu ölkələrdən seks-sənaye sahəsində gəlir əldə etmək üçün Bakıya kütləvi şəkildə qadınların gəlməsi müşahidə olunmur. Əsasən, bu sahə ilə yerlilər məşğuldur".

Zeynalova artıq bir neçə ildir ki, Səhiyyə Nazirliyi ilə birgə "Zərərin azaldılması" proqramını həyata keçirməklə immun çatışmazlığı – QİÇS-lə mübarizədə, xüsusilə əhalinin ən həssas qrupuna yardım etməyə çalışdıqlarını bildirib. Hüquq-müdafiəçisi iddia edir ki, son zamanlar yüngül əxlaqa malik qadınların sayı azalıb.

"Əgər gecə klublarında 15-20 nəfər olardısa, indi onların sayı dəfələrlə azalıb. Qadınlar real həyatdan sosial şəbəkələrə üz tutublar. Onlar öz şəkillərini və telefon nömrələrini paylaşır, menecerlərdən istifadə edirlər. Onlar arasında, hətta evli qadınları da görmək olar. Lakin onlar, tamamilə küçələrdən yığışmayıblar" — Zeynalova vurğulayıb.

Nizami küçəsinə gəldikdə isə, həmsöhbətimiz orada yüngül əxlaqlı qadınların sayının azalmadığını, əksinə artdığını qeyd edib. O, bunu adıçəkilən əraziyə xarici vətəndaşların daha çox gəlməsi ilə əlaqələndirib: "Demək olar ki, hazırda Hollandiya və digər ölkələrdə olduğu kimi ölkəmizdə də qadınların durduğu və özlərini təklif etdiyi küçə var".

1news.az

Paylaş:
1504

Son xəbərlər

“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıb27 / 09 / 2024, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədir27 / 09 / 2024, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər27 / 09 / 2024, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcək27 / 09 / 2024, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB27 / 09 / 2024, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldı27 / 09 / 2024, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edib27 / 09 / 2024, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilib27 / 09 / 2024, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır27 / 09 / 2024, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİB27 / 09 / 2024, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilib27 / 09 / 2024, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandı27 / 09 / 2024, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edib27 / 09 / 2024, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıb27 / 09 / 2024, 13:01
Bütün xəbərlər