Dünyanın ən bahalı brendləri məlum oldu
“Forbes” jurnalı dünyanın ən bahalı brendlərinin siyahısını açıqlayıb.
1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, ABŞ brendi “Apple” 8-ci dəfə dünyanın ən qiymətli brendi seçilib.
Ekspertlər “Apple” brendini 182,8 milyard dollar məbləğində qiymətləndirir, bu da 2017-ci illə müqaisədə 8 faiz çoxdur. Onlar bildirir ki, yalnız bu şirkət smartfonunun pərakəndə satış qiymətini 1 dollar etməklə ilk iki ay ərzində 29 milyon qurğu sata bilər.
İkinci yeri “Google” şirkəti tutub. Bu brendin qiyməti 30 faiz artıb və 132,1 milyar dollar səviyyəsindədir. Reytinqin növbəti 3 pilləsində “Microsoft” (104,8 milyard dollar +21%), “Facebook” (94,8 milyard dollar +29%) və “Amazon” (70,9 milyard dollar +31%) şirkətləri qərarlaşıb.
1news.az