Rüstəm İbrahimbəyov Azərbaycan xalqına nifrət edir -XƏYANƏT - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Rüstəm İbrahimbəyov Azərbaycan xalqına nifrət edir -XƏYANƏT - VİDEO

13:17 - 23 / 05 / 2018
Rüstəm İbrahimbəyov Azərbaycan xalqına nifrət edir -XƏYANƏT - VİDEO

Azərbaycan xalqı vəhşi, qəddar, mədəniyyətsiz, ermənilər isə alicənab, sülhsevər, vəhşi türkün qurbanı kimi göstərilir.

1news.az-ın Xezerxeber.az-a istinadən verdiyi xəbərə görə, söhbət ssenari müəllifi Rüstəm İbrahimbəyov və onun oğlu Fuad İbrahimbəyov, eləcə də Eldar Şengelayanın olduğu 2015-ci ildə çəkilən "Qafqaz üçlüyü" adlı filmdən gedir.

Filmdə üç Qafqaz ölkəsinin bir-birilə müqayisəsi aparılır. Və bu müqayisədə Azərbaycan xalqı Cənubi Qafqazın ən pis xalqı kimi xarakterizə edilir. Filmin elə başlanğıcında qorxaq azərbaycanlı uşağın fonunda mərd və cəsur erməni uşağın müqayisəsi verilir.

Erməni əsilli bir şəxsin kənd uşaqları tərəfindən quyuya atılması ilə guya vəhşi azərbaycanlıların dinc ermənilərə qarşı qəddarlı göstərilir.

Hətta öldürülən oğlunun xəbərini almaq üçün Azərbaycana gələn qoca erməninin sonda hava limanında sərhəd xidmətinin əməkdaşı tərəfindən necə qəddarcasına döyüldüyü də təsvir olunub.

Məsələyə münasibət bildirən tanınmış kinoşünas Ayaz Salayev deyib ki, bu filmin mövcud reallıqla heç bir əlaqəsi yoxdur.

Filmdə ssenari müəllifinin öz doğulduğu ölkəyə olan nifrəti, milli köklərinə etdiyi xəyanəti açıq şəkildə öz əksini tapıb. Hətta heç bir azərbaycanlı filmdə çəkilmək istəmədiyinə görə bu obrazı da rusiyalı aktyorlar öz üzərinə götürüb. Aydın məsələdir ki, bu filmin maliyyəsinin ermənilərə gedib çıxdığı şübhəsizdir. 

Kinorejissor Ayaz Salayev bildirir ki, filmdə lentə alınanlar bir filmdən daha çox siyasi məqsədlə çəkilən kadr yığınıdır. Sanki Rüstəm İbrahimbəyov bu ssenarini bircə azərbaycanlının yaşamadığı Ermənistanın yerinə, 30 min erməninin Azərbaycanda yaşadığından xəbərsiz olaraq yazıb. Rüstəm İbrahimbəyovun maliyyə aldığı dairələrə özünü humanist insan kimi qələmə vermək cəhdini isə yalnız öz milli kökünə xəyanət adlandırmaq olar.

Kinorejissor Cəmil Quliyev isə bildirir ki, Rüstəm İbrahimbəyov nəinki bu filmə görə edilən tənqidlərdən dərs çıxarıb, əksinə, bu ssenaridə yeni bir film çəkməyə də hazırlaşır.

Bu film elə ona bir zamanlar prezident olması üçün dəstək olan "Milli Şura" adlanan qurumun da ermənipərəst mövqeyini ortaya qoyur. Bir vaxtlar Rüstəm İbrahimbəyovu özünə lider seçən radikal müxalifətin də yəqin ki, ortaya qoyacağı "Qafqaz üçlüyü" var. Çünki bu insanlar eyni mövqeyə və xislətə sahibdirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

1news.az

Paylaş:
2355

Son xəbərlər

Əfv Məsələləri komissiyasının iclasında 100-dən çox müraciətə baxıldıBu gün, 17:54“Bakı Metropoliteni” sosial mediada yayılan videogörüntülərə aydınlıq gətiribBu gün, 17:48Azərbaycan və Belarus antiinhisar orqanları təcrübə mübadiləsi aparacaqBu gün, 17:34Avropa Parlamentinin deputatı Şuşada olubBu gün, 17:29Audiovizual Şura BDU-nun tələbələri üçün növbəti seminar təşkil edibBu gün, 17:19Araik Arutyunyan və digər erməni separatçıların həbs müddəti uzadılıbBu gün, 17:01Sabah Bakıda yol qovşağında təmir işlərinə başlanılacaqBu gün, 16:42Narkotik vasitənin təsiri altında inzibati məsuliyyətdən yayınmağa çalışan sürücü həbs edilibBu gün, 16:18Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılırBu gün, 16:17Baş direktor “IDEB 2024” sərgisində iştirak edirBu gün, 15:44Samir Nuriyev Belarus Baş nazirinin müavini ilə görüşübBu gün, 15:35Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib, silahlar aşkarlanıbBu gün, 15:32AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilibBu gün, 15:03ABB-nin Suraxanı filialı da yeniləndi!Bu gün, 14:26Azərbaycan Özbəkistanla seysmologiya sahəsində təcrübə mübadiləsi aparacaqBu gün, 14:18Xocalıda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına həsr olunan tədbir keçirilirBu gün, 14:11Səkkiz Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilibBu gün, 13:36Azərbaycan və Belarus XİN başçıları əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblərBu gün, 13:22Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilibBu gün, 12:55ASCO-nun “yaşıl artım” çağırışlarından irəli gələn fəaliyyət prioritetləri müəyyən ediləcəkBu gün, 12:43
Bütün xəbərlər