Bakı metrosunda intihara cəhd olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı metrosunda intihara cəhd olub

10:09 - 24 / 05 / 2018
Bakı metrosunda intihara cəhd olub

Bakı metrosunda intihara cəhd olub.

1news.az  xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev azvision.az-a bildirib ki, bu gün səhər saat 09:25-də gənc oğlan özünü "Həzi-Aslanov"-"İçərişəhər" istiqamətində hərəkət edən qatarın yoluna atıb.

Qurum rəsmisi qeyd edib ki, maşinistə qabaqcadan məlumat verilib və o, qatarı saxlayıb:

"Qatar yolundakı gərginlik dayandırılıb və oğlan oradan çıxarılıb. Hazırda qatarların hərəkəti normal qaydada davam edir", -deyə N.Paşayev vurğulayıb.

1news.az

Paylaş:
507

Son xəbərlər

Sabah 36 dərəcə isti olacaq

20 / 06 / 2026, 13:40
Bütün xəbərlər