Ayaz Salayev və Rəhman Hacıyev "Aktual mövzu" verilişində Rüstəm İbrahimbəyovun qalmaqallı filmini müzakirə etdilər - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ayaz Salayev və Rəhman Hacıyev "Aktual mövzu" verilişində Rüstəm İbrahimbəyovun qalmaqallı filmini müzakirə etdilər - VİDEO

13:21 - 25 / 05 / 2018
Ayaz Salayev və Rəhman Hacıyev "Aktual mövzu" verilişində Rüstəm İbrahimbəyovun qalmaqallı filmini müzakirə etdilər - VİDEO

Bu gün cəmiyyətdə ən çox müzakirə edilən mövzulardan biri Rüstəm İbrahimbəyovun  çəkdiyi “Qafqaz üçlüyü” filmidir. Filmin ssenarisi Azərbaycan xalqının mənəvi zənginliklərinə həqarət üzərində qurulub. Filmdə millətimiz, ölkəmiz aşağılanıb.

Tanınmış konoşünas, rejissor Ayaz Salayevin “Bakinskiy raboçiy” qəzetində bu mövzuda yazdığı geniş rezonansa səbəb olub.

Məsələ İTV-nin “Aktual mövzu” proqramında yazının müəllifi Ayaz Salayev və “Bakinskiy raboçiy” qəzetinin baş redaktoru Rəhman Hacıyevin iştirakı ilə müzakirə edilib.

A.Salayev bildirib ki, belə bir film çəkilməli olduğunu bilirdi və bu prosesi çoxdan izləyirdi, çəkiləndən sonra isə baxmağa vaxt tapmayıb, bəlkə bu həm də filmin internetə hələ yerləşdirilməməsi ilə bağlı olub.

A.Salayevin sözlərinə görə, filmə altı ay əvvəl baxıb və dəhşətə gəlib:

“Amma bir qədər özümü yoxlamaq istəyirdim, qərara aldım ki, yazmayım. Sonra gördüm ki, bu, məni narahat edir və mütləq yazmalıyam, ürəyimi boşaltmalıyam. Vaxt keçirdi və mən bunu yazmaya bilməzdim, nəhayət yazdım. Məqalənin adi bir yazı kimi çıxacağını düşünürdüm, yəni belə bir rezonansı gözləmirdim və sonra bu rezonansın səbəbini başa düşdüm. Mənə bununla bağlı zənglər olur, minnətdarlıq edirlər. Bu film nə qədər qəlbi sındırdı, nə qədər adamı məyus etdi.

Gördüm ki,  insanlar bu mövzuya biganə deyillər. 80-ci illərin axırlarından, Qarabağ problemi başlayandan Moskvada asprantutrada oxuyurdum, onda görürdüm ki, əksəriyyət ermənilərin tərəfindədir. Bizim barəmizdə çoxlu yanlış məlumatlar yayılırdı. Bu gün də bu, davam edir. Həmin böhtanların iştirakçılarından biri sənin milliyətinə mənsub olan sənət adamı olanda, təbii ki, bu, hamını məyus edir. Çünki bizim özümüz böhtan şəraitində yaşayırıq. Qarabağ ağrımızı çox az adam bölüşmək istəyir.

Filmi keyfiyyəti ilə bağlı danışan Ayaz Salayev vurğulayıb ki, bu  rejissor Eldar Şengelayanın səviyyəsinə uyğun bir film deyil:

“Çox zəif, özfəaliyyət səviyyəsində tələsik çəkilən bir filmdir. Azərbaycandan kənarda oğurluqla çəkilən,  səsləndirilməsini Azərbaycan dilini yaxşı bilməyənlər edib.

Filmin ümumiyyətlə heç bədii keyfiyyətlərindən danışmağa dəyməz. Çünki yenə də deyirəm ki, çox zəifdir. Bakı səhnələri isə Tibilisdə çəkilib. Ssenari müəllifinin ailə üzvlərindən başqa orda bir nəfər belə azərbaycanlı aktyor çəkilməyib. Azərbaycanlıları gürcülər oynayırlar. Azərbaycanlı rollarını ifa etmək üçün ən iyrənc sifətlər tapıb”.

Kinoşünas deyib ki, bu tendensiya çoxdan özünü göstərirdi və ciddi bir məsələdir:

“Bu, Rusiyanın çox orta səviyyəli bir sakininin mentaletinə əsaslanan tendensiyadır. Orta səviyyəli mentalitet Rusiyada onu deyir ki, Qafqaz vəhşi millətdir, bir-birini bıçaqlayır və s. Və müəllif deyir ki, bəli, düz deyirsiniz, indi mən sizə elə bir film çəkim ki, orada bütün bunları görəcəksiniz. Bu, yaradıcılığın çox cılız bir ideya üzərində qurulmasıdır. Belə bir ideyanı bizim millətə xas olan sənətkar yayırsa, adamların qəlbini sındırır”.

Ayaz Salayev Azərbaycan və gürcü filminin uzun illər sürən bir dostluq əlaqələri olduğunu fikirlərinə əlavə edib: “Gürcü aktyorlarının Azərbaycan filmlərində çəkilməsi artıq bir ənənədir, bu film həmin əlaqələrə böyük bir zərbə vurub. Necə olur ki, gürcünün çəkdiyi filmdə qoca bir gürcünü Bakıda döyürlər və o, ölür, Eldar Eldar Şengelayan tanınmış rejissordur, hər halda o, məqaləni oxusa, başa düşəcək. Bu film son dərəcədə çirkin və iyrənc məqsədlər üçün yaradılıb. Qarabağa işğal faktı deyil, münaqişə kimi baxan hər hansı bir azərbaycanlının səmimiyyətinə mən inanmıram. Çünki bu bizim üçün işğal faktıdır.

“Bakinskiy raboçiy” qəzetinin baş redaktoru Rəhman Hacıyev isə bildirib ki, bu yazı qəzetlə yanaşı, 1news.az saytında da yerləşdirilib və on minlərlə insan bu məqaləni oxuyub, minlərlə insan həmin məqaləni sosial şəbəkələrdə paylaşıb:

“Biz bir daha əmin olduq ki, Qarabağ məsələsi bir neçə on illikdir gündəmin ən əsas  məsələsi olaraq qalır. Mən bu filmi iki nöqteyi-nəzərdən qiymətləndirmək istəyərdim. Birincisi, tamaşaçı kimi kinemotaoqraf tərəfini qiymətləndirmək istəyirəm. Mənim fikrimcə, zövqümə görə, çox zəif bir filimdir. Film o dərəcədə zəif çəkilib ki, hətta hansısa bir aşağıbüdcəli klipə bənzəyir. Mən belə hesab edirəm. Onun nə dramaturgiyası var, nə normal bir ssenarisi.

Ssenari müəllifi və prodüseri Rüstəm İbrahimbəyovdur. Mən belə qərara gəlirəm ki, Rüstəm İbrahimbəyov artıq bir ssenarist, kino xadimi kimi bitib. Həqiqətən də peşəkar ssenari müəllifi artıq yoxdur, çünki  onun karyerasının əvvəlində yazdığı filmləri yada salsaq və son kinolarını götürək, elə aşağı səviyyədə yazılıb və çəkilib ki, onları bir kino kimi qiymətləndirmək çətindir. Ona görə də buna məncə bir ictimai, ya da siyasi qiymət vermək olar. Çünki bu kino özü artıq siyasi bir aktdır, burda çox ciddi məsələ qaldrılır və Azərbaycan xalqı, dövləti bir şeytan obrazında göstərilir. Sanki biz normal insanlar deyilik, Qarabağ məsələsində adekvat nə reaksiyamız var, nə də mövqeyimiz.

Film məni həm də ona görə  məyus edir ki, bu, Rusiya üçün çəkilib, Azərbaycan auditoiyası üçün çəkilən film deyil. Çünki Azərbycanda göstərilməyib, filmin dili də rus dilidir. Mən başa düşmürəm bu çəkilişlə, filmlə qarşıya hansı məqsəd qoyulub. Rusiyada Azərbaycan xalqının obrazını belə formalaşdırmaq və ya ermənilərin qarşısında bir reveranstdır, yaxud Əkrəm Əylisli, Orxan Pamuk və s. kimi bu şəxs özündə “sülhpərəst” obrazmı yaratmaq istəyib?! Bilmirəm nə məqsəd qoyub, amma sonda mənim fikrimcə, belə bir nəticə oldu ki, öz millətini -əgər təbii ki, özünü azərbaycasnlı hesab edirsə, təhqir etdi və aşağıladı. Mən bu filmdə başqa nəticə görmürəm”.

R.Hacıyev əlavə edib ki, film Qarabağın xəritəsindən başlayır və bu, tamaşaçıya birinci siqnaldır, hansı ki, istənilən film, yaxud digər mədəniyyət nümunəsində siqnallar çox vacibdir:

“Orada işğal sözü işlədilmir. Yəni Qarabağ Azərbaycanın bir parçası kimi təqdim olunmur. İki dövlətin arasında münaqişə olan bir yer kimi təqdim olunur. Bütün film ona xidmət edir ki, tamaşaçıda belə bir fikir yaratsın ki, Qarabağ məsələsi məhz azərbaycanlıların ermənilərə qarşı olan nifrətindən yaranıb. Tutalım filmdə göstərilir ki, bir yeniyetmə həmin qəhrəmana deyir, ermənilər bizim düşmənimizdir. Amma filmdə bir kəlmə söz belə yoxdur ki, niyə görə həmin uşaq o sözü işlədə bilər. Niyə erməniləri Azərbaycanda düşmən hesab edə bilərlər. Əgər belədirsə, bunun səbəbi var, işğal faktı, Xocalı soyqırımı, vandal aktları, minlərlə şəhidimiz... Bu bardə kinoda bir kəlmə söz yoxdur”.

Baş redaktor hesab edir ki, bu filmin ən yaxşı tənqidi elə onu nümayiş etdirmək olardı: “Ermənini daşlayan Azərbaycan uşağı var, gürcü ağsaqqalı səbəbsiz döyən azərbaycanlı kütləsi var, aeroportda ermənini kənara çəkib,qarnından yumruqla vuran Azərbaycan sərhədçisi var, gəlin fakta baxaq, son illər Azərbaycana yüzlərlə erməni gəlib. Bir neçə il əvvəl sosial demokratların iclasına daşnaklar gəlmişdilər. Daşnaklar o partiyadır ki, 18-ci ildə xalqımıza qarşı soyqırım həyata keçiriblər. Onlar şəhəri gəzdilər, erməni kilsəsinə getdilər, nə döyən, nə vuran oldu. Yəni filmdəkilər uydurma bir səhnələrdir, sanki azərbaycanlılar vəhşidir, vəssalam. Bu kinonun başqa məqsədi yoxdur. Yalnız azərbaycanlılar barəsində vəhşi obrazını yaratmaq və bunu Rusiya auditoriyasına, bəlkə də kinonun sponsorlarına göstərməkdir. Mənə çox maraqlıdır, filmi kim maliyyələşdirib. Gizlətməli nəsə yoxdursa, açıqlasınlar.

Təcrübəm onu göstərir ki, biz jurnalist araşdırmasına başlayanda, Avropa Şurası, ABŞ Konqresi, istənilən beynəlxalq qurumun Azərbaycana qarşı ən sərt ifadələr işlədən, ən sərt tənqid edənlər erməni lobbisinə bağlı olan adamlar olur. O da hesabat verməlidir, ola bilsin ki, orda da erməni pulu var”.

R.Hacıyev hesab edir ki, film erməni idologiyasının, erməni propoqandasının ümumi mozaikasına çox gözəl düşür: “Çünki orda irəli sürülən tezislər- qorxaq qəddar və s. ermənilərin ən çox işlətdiyi tezislərdir. Mən onları Əkrəm Əylislinin “Daş yuxuları” əsərində görmüşdüm. Həm Əylislinin əsərində, həm bu filmdə, həm Ermənistanın propoqandasında eyni tezislərdir”.

Baş redaktora görə, Bakıda yaşayan 30 mindən artıq ermənidən film çəkmək olar, amma bu filmin müəllifləri qarşılarına obyektiv mənzərəni göstərmək məqsədini qoymayıb. Əsas məqsəd müəyyən ideologiyaya xidmət etmək, yalana don geyindirmək, ağa qara deməkdir.

1news.az

Paylaş:
1030

Son xəbərlər

“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıb27 / 09 / 2024, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədir27 / 09 / 2024, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər27 / 09 / 2024, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcək27 / 09 / 2024, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB27 / 09 / 2024, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldı27 / 09 / 2024, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edib27 / 09 / 2024, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilib27 / 09 / 2024, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır27 / 09 / 2024, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİB27 / 09 / 2024, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilib27 / 09 / 2024, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandı27 / 09 / 2024, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edib27 / 09 / 2024, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıb27 / 09 / 2024, 13:01
Bütün xəbərlər