Gədəbəydə ağacları kəsən şəxs cərimələndi | 1news.az | Xəbərlər
Cəmiyyət

Gədəbəydə ağacları kəsən şəxs cərimələndi

15:32 - 25 / 05 / 2018
Gədəbəydə ağacları kəsən şəxs cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə  Gədəbəy rayonu Arıqıran kəndi ərazisində ağac kəsintisi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, araşdırma zamanı Gədəbəy rayonun Arıqıran bələdiyyəsinə məxsus torpaq sahəsində köküstə yaş 2 ədəd gavalı ağacının kənd sakini Sahib Məmmədov tərəfindən kəsildiyi aşkar edilib və təbiətə 220 manat məbləğində ziyan dəydiyi məlum olub.

Faktla bağlı protokol tərtib olunub və qanun pozucusu İnzibati Xətalar Məcəlləsinə əsasən 2000 manat məbləğində cərimə edilib.

1news.az

Paylaş:
377

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər