Sumqayıt Texnologiyalar Parkından tarixi müsabiqə - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıt Texnologiyalar Parkından tarixi müsabiqə - VİDEO

09:15 - 25 / 05 / 2018
Sumqayıt Texnologiyalar Parkından tarixi müsabiqə - VİDEO

2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur.

Bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Prezident İlham Əliyevin sərəncamına əsasən 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilib.

Milli dəyərlərimizə həmişə hörmətlə yanaşan “Sumqayıt Texnologiyalar Parkı” MMC belə bir tarixi hadisəyə biganə qala bilməzdi. Belə ki, tariximizi yenidən vərəqləmək, bildiklərimizi təkrarlamaq və yeni biliklər qazanmaq məqsədilə STP öz sosial media kanalında “100 illik müsabiqə” adlı intellektual müsabiqə hazırlayıb.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə əldə edilmiş uğurları, hərb sənəti, memarlığı, tarixi şəxsiyyətləri, incəsənəti, dünya ölkələri ilə münasibətləri, imza atdığı “ilklər” və başqa sahələri özündə əks etdirən müsabiqə zamanı 1000-dən çox sual səsləndiriləcək. Hər sual 4 variantdan ibarət olacaq. 120 saniyə ərzində iştirakçılara sual sayı ilə bağlı heç bir limit qoyulmur. Bir sözlə həm bilikli, həm də sürətli olan qazanacaq.

Suallara cavab verən hər şəxsin adına sonda Cümhuriyyət tərəfindən elektron fəxri fərman təqdim ediləcək. Bundan əlavə ən yüksək bal toplamış 5 iştirakçı STP-dən Cümhuriyyət tarixini özündə əks etdirən dəyərli hədiyyələr qazanacaqlar. Müsabiqənin qalibləri isə 29-30 may tarixlərində elan ediləcək.

Qeyd edək ki, 2009-cu ildən fəaliyyətə başlayan Sumqayıt Texnologiyalar Parkı regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. 2017-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statustu alıb. Regionda nadir layihə olan STP, daxili bazarın tələbatını tam ödəməklə bərabər, həm də xarici bazara kifayət qədər məhsullar ixrac etmək qabiliyyətinə qadirdir.

Hazırda şirkətin ərazisində 2000 nəfərin çalışdığı, Avropada və Yaponiyada istehsal olunmuş ən yeni texnoloji avadanlıqlarla təchiz olunmuş 12 zavod, 30-dan artıq istehsal sahəsi fəaliyyət göstərir. İstehsal prosesində istifadə olunan xammallar beynəlxalq standartlara tam cavab verir. Texnoparkın bütün zavodları Avropa istehsalı olan laboratoriyalarla təmin olunub və AZS ISO/IEC 17025-2009 standardlarına uyğun akkreditə olunub. İstehsal olunmuş bütün məhsulların müvafiq sertifikatları var. STP-də ISO 9001, ISO 14001 və OHSAS 18001 beynəlxalq standardları da tədbiq olunur.

Reklam hüququnda

 

 

 

 

Paylaş:
402

Son xəbərlər

“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıb27 / 09 / 2024, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədir27 / 09 / 2024, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər27 / 09 / 2024, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcək27 / 09 / 2024, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB27 / 09 / 2024, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldı27 / 09 / 2024, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edib27 / 09 / 2024, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilib27 / 09 / 2024, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır27 / 09 / 2024, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİB27 / 09 / 2024, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilib27 / 09 / 2024, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandı27 / 09 / 2024, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edib27 / 09 / 2024, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıb27 / 09 / 2024, 13:01
Bütün xəbərlər